Siyasət

Danışıqlardakı hazırkı fəallıq münaqişənin həllinə yönəlməyib

17 Noyabr 2017 14:36

“Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin həlliylə bağlı çox da ümidli deyil”. Bu sözləri Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Rusiya prezidenti ilə son görüşünü şərh edərkən deyib. Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Elxan Şahinoğlu deyib ki, Ərdoğanın bu cümləsindən iki vacib nəticə çıxır: “Birincisi, Kremlin İrəvana təsir edib qeyd-şərtsiz işğal altındakı 5 rayonun azad olunmasında marağı yoxdur, bunun yerinə yetirilməsinin bizim üçün ağır şərtləri var ki, onları yerinə yetirə bilmərik.

Zahid Oruc: “Qarabağ üçün də Qars müqaviləsinə ehtiyac var”

17 Noyabr 2017 14:34

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə Dağlıq Qarabağ məsələsinə yer verdiyini bəyan edib. Bu, son dərəcədə əhəmiyyətli hadisədir və birinci növbədə prezident İlham Əliyev və Ərdoğan arasındakı koordinasiyanın məntiqi nəticəsidir”.

Zakir Həsənov müşavirə keçirdi

17 Noyabr 2017 13:46

Noyabrın 17-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələr miqyasında keçirilən   komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib.

XİN: "Booking.com"un işğal olunmuş ərazilərdən yenidən mehmanxana sifarişləri qəbul etməsinə qarşı tədbirlər görülür"

17 Noyabr 2017 13:41

“Hollandiya ərazisində qeydiyyatda olan göstərən “booking.com” qanunsuz fəaliyyətini yenidən bərpa edib və Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifarişlərini həyata keçirməyə başlayıb”.

Ermənistan iqtisadi müharibədə Azərbaycana uduzub

17 Noyabr 2017 13:27

Son vaxtlar həmsədr ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirilər. Türkiyənin proseslərə qatılması isə münaqişənin həllində naliyyətlərin əldə olunacağına ümidləri artırır. Maraqlıdır, hazırda baş verən proseslər, xüsusən münaqişə tərəflərinin xarici işlər nazirlərinin görüşü Dağlıq Qarabağ probleminin həllinə hansı töhvəsini verə bilər? “Baku International Policy and Security Network” Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib ki, ABŞ-da Dağlıq Qarabağ məsələsinə o qədər maraq yoxdur: “Onların başı başqa məsələlərə qarışıb. İndi Amerikanı daha çox Ukraynada konflikt və Rusiyaya qarşı sanksiyalar, həmçinin, İran və Şimali Koreya ətrafındakı məsələlər və digər şeylər maraqlandırır.

Siyavuş Novruzov: “Bugünkü Müsavatla o biri Müsavat tamamilə başqa-başqa şeylərdir”

17 Noyabr 2017 13:13

“Azərbaycan müstəqilliyinin qorunması, saxlanılması, inkişaf etdirilməsi ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Biz haqqı olan insanların əməyini qiymətləndirməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin məsələsi həmişə diqqət mərkəzində olub”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

Azay Quliyev: “Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin pisləşməsində maraqlı olan beynəlxalq təşkilatlar var”

17 Noyabr 2017 12:59

"Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin pisləşməsində maraqlı olan beynəlxalq təşkilatlar var”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxış edən Milli Məclisin üzvü Azay Quliyev deyib: “Biz bir müddət öncə Soros Fondunu Azərbaycandan çıxaranda beynəlxalq təşkilatlar bizi ittiham edirdilər.

Putin Ermənistana təzyiq etmək istəmir” - Rasim Musabəyov

17 Noyabr 2017 12:04

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrincə, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid etmir. Ərdoğan bu barədə türkiyəli jurnalistlərə açıqlamasında deyib: “Cənab PutinləQarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlıBMT TŞ-nin qətnamələri - star.com.tr). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin o, çox da ümidli deyil. Məncə, bu, iki tərəf arasındakı münasibətlərlə əlaqədardır”.

Həmsədr ölkələrin mövqeyində konkretlik və substantivlik yarandı

17 Noyabr 2017 11:38

ATƏT-in Daimi Şurasının iclasında həmsədr ölkələrin ATƏT-dəki səfirləri çıxış edərək son proseslərə öz münasibətlərini bildirdilər. Həmsədr ölkələrin ATƏT-dəki səfirlərinin çıxışlarının hamısında əvvəlki illərlə müqayisədə keyfiyyət dəyişikliyi var idi. Ən çox dəyişiklik isə Avropa İttifaqının mövqeyində idi. Bu özü tənzimlənmədə yeni bir yanaşmadır. Fransalı səfir çıxışını ölkəsinin deyil, məhz Avropa İttifaqının təmsilçisi statusunda təqdim etdi. Bu məruzənin mətnində də özünü göstərdi.