Qüds Zirvə Toplantısında İƏT Gənclər Forumunun fəaliyyəti dəstəklənib
İƏT ölkələri dövlət başçılarının Qüdslə bağlı keçirilən fövqəladə Zirvə Toplantısında İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun fəaliyyətinə də diqqət çəkilib. “OLAYLAR”-ın xəbərinə görə, mişdir. zirvədə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fələstin lideri Mahmud Abbas öz çıxışlarında İƏT Gənclər Forumunun fəaliyyətinə də toxunublar.
14 Dekabr 2017 11:32 SiyasətİƏT ölkələri dövlət başçılarının Qüdslə bağlı keçirilən fövqəladə Zirvə Toplantısında İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun fəaliyyətinə də diqqət çəkilib. "OLAYLAR"-ın xəbərinə görə, mişdir. zirvədə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fələstin lideri Mahmud Abbas öz çıxışlarında İƏT Gənclər Forumunun fəaliyyətinə də toxunublar.
Zirvə toplantısında çıxış edərək Qüds ilə bağlı ABŞ-in məlum qərarını BMT-nin qətnamələrinə zidd adlandıran və bu qərara yenidən baxılmasına çağıran Azərbaycan Prezidenti İlham Əliyev, eyni zamanda öz çıxışında Azərbaycanın İƏT daxilindəki təşəbbüs və fəaliyyətləri, İslam Həmrəyliyi istiqamətində atdığı addımları qeyd edərək, Azərbaycanın təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumunun fəaliyyətlərinə verilən dəstəyi ölkə tərəfindən İslam Həmrəyliyinə verilən konkret töhfə kimi qiymətləndirib. Zirvədə çıxışı zamanı Fələstin Dövlətinin Başçısı Mahmud Abbas İƏT Gənclər Forumu tərəfindən Qüdsün 2018-ci il İslam Dünyası Gənclər Paytaxtı seçilməsi qərarını yüksək qiymətləndirmiş və İƏT ölkələri başçılarına müraciət edərək, öz ölkəsində yaşayan gəncləri Gənclər Paytaxtı proqramı çərçivəsində Qüdsdə keçiriləcək tədbirlərdə iştirak etmələri və beləliklə, Qüdsün tarixi ilə yaxından tanış olmağa və şəhərin İslami xarakterini qorumağa əməli töhfə vermələrinə şərait yaratmağa çağırıb.