Siyasət
Düşmən 117 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ABŞ və Rusiya arasında mütləq əməkdaşlıq nümunəsi olub"
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və terrorizmlə mübarizə ABŞ və Rusiya arasında mütləq əməkdaşlıq nümunəsi olub. Bunu RİA Novosti-yə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.
Qarabağ danışıqlarının Moskva raundunda anlaşma
AB Qarabağa müdaxilə edərsə, Rusiya... - Proxanov
Rza Zərrab məsələsi: Ərdoğana qarşı kompromat savaşı?
Türkiyəli inqilabçıların edam sənədi HƏRRACA ÇIXARILDI
17 noyabr Milli Dirçəliş Günüdür
1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı.Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu.
Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri gözlənilir. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın verdiyi məlumata görə, nazir dekabrın 1-də Bakıda keçiriləcək “Asiyanın qəlbi” – İstanbul prosesi təşəbbüsü çərçivəsində 7-ci nazirlər görüşündə iştirak etməyi planlaşdırır. Bakıdakı nazirlər toplantısının əsas mövzusu “Asiyanın qəlbi” regionunda təhlükəsizlik və iqtisadi əlaqələr sahəsi olacaq.
İlham Quliyev: “"Reket" jurnalistlər artıq internet mediaya transfer ediblər”
“"Reket" jurnalistika ilə bağlı çox ciddi problemlər var. Uzun illərdir ki, "reket" jurnalistika ilə bağlı müzakirələr gedir”. Bunu “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirib.
Siyavuş Novruzov: "YAP-ın üzvləri müstəqil Azərbaycanın inkişafında aktiv iştirak edirlər"
"Ötən 25 il ərzində Azərbaycan böyük inkişaf yol keçib. Bu illər xalqımızın şərəfli tarixidir. 1992-ci ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının dövlətimizin müstəqilliyimizin qarantı kimi yaradıldı. YAP-ın yaradılmasının 25 illik yubiley mərasimində çıxışında partiyamızın Sədri, cənab Prezident İlham Əliyev ötən illər ərzində qazanılan nailiyyətləri, partiyamızın fəaliyyətini çox yüksək qiymətləndirdi". Məlumata görə, bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Prezident İlham Əliyev Xırdalana 3 milyon manat ayırdı
Prezident İlham Əliyev Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Abşeronda magistral su kəmərləri və qurğularının inşası ilə bağlı 10,1 milyon manat ayrıldı
Prezident İlham Əliyev Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda Vyanada görüşə razılıq veriblər - BƏYANAT
Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda Vyanada ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində görüşməyə razılıq veriblər. Məlumata görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir. Bəyanatda deyilir ki, həmsədrlər görüş üçün hərtərəfli siyasi həllə bağlı məsələləri və təmas xəttində gərginliyi azaltmaq üçün xüsusi tədbirləri özündə birləşdirən gündəliyi hazırlayacaqlar: "Xüsusi diqqət ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin genişləndirilməsi məsələsinin yekunlaşmasına yönəldiləcək".
Görüşdə Dağlıq Qarabağ problemi müzakirə edilməyə bilməzdi — Politoloq şərhi
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirir. Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin arasında keçirilən görüşdə Dağlıq Qarabağ probleminin həlli məsələsinin müzakirə ediləcəyi gözlənilirdi. Ancaq görüşün sonunda keçirilən mətbuat konfransında Qarabağ adının belə çəkilməməsi, problemin müzakirə edilib, edilməməsi sualını ortaya çıxardı.














