Siyasət

Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb 

16 Noyabr 2017 15:34

Noyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə gör, Özbəkistan nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

“Bu fəallaşmanın münaqişənin həlli prosesini sürətləndirəcəyini düşünmürəm”

16 Noyabr 2017 15:29

“Azərbaycan cəmiyyəti Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini gözləyirdi. Çünki Rəcəb Tayyib Ərdoğan görüşdən əvvəl münaqişənin danışıqlar mövzusu olacağını demişdi. Münaqişəni həlli böyük ölçüdə Putindən asılıdır”.

Azərbaycan həmsədrlərlə görüşün nəticəsindən razıdır

16 Noyabr 2017 15:12

Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüş konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb.

Prezident: “Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır”

16 Noyabr 2017 14:21

“Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşü zamanı deyib.

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında azərbaycanlı girovlara azadlıq tələbi ilə aksiya keçirilib

16 Noyabr 2017 13:07

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Tədbir metronun Marcanişvili stansiyası qarşısından yürüşlə başlayıb. Aksiyada Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb olunub.

Azay Quliyev: “Azərbaycana qarşı beynəlxalq cinayətlərin bütün formaları törədilib”

16 Noyabr 2017 12:53

Azərbaycana qarşı beynəlxalq cinayətlərin bütün formaları törədilib. Bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Milli Məclisdə "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin təbliği məqsədilə "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq" mövzusunda keçirilən yekun müzakirələr zamanı deyib. A.Quliyev bildirib ki, Azərbaycana qarşı törədilən beynəlxalq cinayətləri nəzər alaraq, belə bir qanun layihəsinin hazırlanması olduqca vacib əhəmiyyət kəsb edir.

“Biz cəmiyyətdən gələn belə bir təşəbbüsü alqışlayırıq"

16 Noyabr 2017 12:49

Noyabrın 16-da Milli Məclisdə "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin təbliği məqsədilə "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq" mövzusunda yekun müzakirələr keçirilib.

Azərbaycan prezidenti Qazaxıstan baş nazirinin I müavinini qəbul edib

16 Noyabr 2017 12:34

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan baş nazirinin birinci müavini Askar Mamini qəbul edib. Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib.

Prezident Masazırda məktəb açılışında iştirak edib

16 Noyabr 2017 11:59

Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Məlumata görə, dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Zaxarova: "Nazir Lavrov Bakıda ikitərəfli münasibətləri müzakirə edəcək"

16 Noyabr 2017 11:57

Rusiyanın xarici işlər naziriSergey Lavrov noyabrın 20-də Azərbaycana rəsmi səfər edəcək.

Prezident İlham Əliyev Abşeronda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub

16 Noyabr 2017 11:54

Prezident İlham Əliyev noyabrın 16-da Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub. Məlumata görə, iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Abşeron rayonu üzrə maliyyələşdirilmiş investisiya layihələri, o cümlədən müasir texnologiyalara əsaslanan investisiya layihələrinə ayrılan güzəştli kreditlər, istifadəyə verilən, tikilməkdə olan və inşası nəzərdə tutulan istehsal və emal müəssisələri barədə dövlətimizin başçısına məlumat verib.

Prezident Abşeron rayonuna səfər edib

16 Noyabr 2017 11:45

Prezident İlham Əliyev noyabrın 16-da Abşeron rayonuna səfər edib. Məlumata görə, dövlət başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Elmar Məmmədyarov bu gün Minsk qrupu həmsədrləri ilə görüşəcək

16 Noyabr 2017 11:14

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Moskvada ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək.“Olaylar” xəbər verir ki, görüşün yerli vaxtla saat 11:00-da başlaması gözlənilir. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Özbəkistanın müdafiə naziri Azərbaycana gəlib

16 Noyabr 2017 11:12

Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Özbəkistanın Müdafiə nazirinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Ermənilər 120 dəfə atəşkəsi pozub

16 Noyabr 2017 11:09

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.