Siyasət

ATƏT-in baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bərpa etmək lazımdır"

15 Noyabr 2017 19:00

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bərpa etmək lazımdır" . Bunu İtaliyanın "Agenzia Nova" agentliyinə müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger deyib.

Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

15 Noyabr 2017 18:18

Prezident İlham Əliyev velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Akademik Əşrəf Hüseynovun 110 illiyi qeyd ediləcək

15 Noyabr 2017 18:16

Prezident İlham Əliyev Akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2017-ci ildə Azərbaycanın görkəmli riyaziyyatçı alimi, tanınmış pedaqoq, əməkdar elm xadimi, akademik Əşrəf İsgəndər oğlu Hüseynovun anadan olmasının 110 illiyi tamam olmuşdur.

Üç nəhəng ölkənin xarici işlər naziri bir araya gələcək

15 Noyabr 2017 17:47

Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri Suriyadakı mövcud durumu müzakirə etmək üçün bir araya gələcək. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib. “Bütün bu hadisələr Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qərarında göstərilən vəzifələri həyata keçirmək üçün zəmin yaradır”-, nazir mətbuat konfransında bildirib.

Azərbaycan Silahlı Qüvvələri komanda-qərargah hərb oyunları keçirəcək

15 Noyabr 2017 17:18

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 16-da qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, hərb oyununun keçirilməsi qoşun növlərinin və qismlərinin strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanlarının və xüsusi təyinatlı qüvvələrin cəlb edilməsini, eləcə də müxtəlif mərhələlərdə qüvvə və vasitələrin istifadəsini nəzərdə tutur.

Elmar Məmmədyarov braziliyalı həmkarı ilə Qarabağdan danışdı

15 Noyabr 2017 16:23

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Braziliya Federatriv Respublikasının xarici işlər naziri Aloysio Nunes Ferreira ilə görüşüb. XİN-dən “Olaylar”a veriln məlumata görə, görüşdə iki ölkə arasında qurulmuş siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə edildi və ikitərəfli əməkdaşlığın keyfiyyətcə daha yuxarı müstəviyə qaldırılması üçün qarşılıqlı səylərin gücləndirilməsinin vacibliyi vurğulandı.

BTQ layihəsi Ermənistanın blokadasını daha da gücləndirdi

15 Noyabr 2017 15:45

“Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı Azərbaycanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə yeni nəfəsdir. Əlverişli coğrafi mövqeyə və zəngin karbohidrat ehtiyatına malik Azərbaycan beynəlxalq miqyaslı tranzit mərkəzinə çevrilməklə yanaşı, beynəlxaq münasibətlər sistemində də öz mövqeyini daha da möhkəmləndirdi”. Bu sözləri  millət vəkili Eldəniz Səlimov deyib.

Böyük Britaniya XİN-i regiondakı səfirlərini Bakıya toplayır

15 Noyabr 2017 15:43

Bakıda Böyük Britaniya səfirlərinin regional konfransı keçiriləcək. Konfransa qatılmaq üçün Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Martin Harris Azərbaycana gələcək.

Braziliyalı nazir: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

15 Noyabr 2017 14:27

"Səfərimin məqsədi əlaqələri genişləndirmək və münasibətlərə yeni impuls verməkdən ibarətdir. Görüşdə bir sıra beynəlxalq məsələləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik". Məlumata görə, bunu Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

15 Noyabr 2017 14:17

Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. “Olaylar”ın məlumatına görə, bunu Braziliyanın xarici işlər naziri Aloyzio Nunyes Ferreyra Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

Prezidentdən Qarabağ mesajı

15 Noyabr 2017 13:52

Bu günlərdə hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ölkə miqyasında təntənəli şəkildə qeyd edilir. Noyabrın 14-də isə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirakı ilə mərasim təşkil olundu. Yubiley tədbirində çıxış edən dövlət başçısı bir sıra vacib məqamlara toxunaraq proqram xarakterli çıxış edib.

Azərbaycan dövlətçiliyinin qırmızı xətti

15 Noyabr 2017 13:41

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlinə yönəlik təklif və təşəbbüslər problemin həllində heç də əhəmiyyətli rol oynaya bilməyib. Çox təəssüf ki, beynəlxalq birliklər münaqişənin ədalətli həllinə töhvələr vermək, təcavüzkar dövləti adı ilə çağırmaq əvəzinə, ölkəmizə qarşı təzyiq vasitələrindən istifadəyə çəhd edirlər. Lakin Azərbaycan dəflərlə bəyan edib ki, sözügedən münaqişənin yeganə həlli yolu ərazi bütövlüyünün bərpasından keçir.