Siyasət

“Dağlıq Qarabağ münaqişəsinin açarının hansı əllərdə olması yaxşı məlumdur”

15 Noyabr 2017 12:08

“Dağlıq Qarabağ münaqişəsinin açarının hansı əllərdə olması hamımıza yaxşı məlumdur”. Bu fikri  politoloq Zaur Məmmədov deyib. Politoloq həmçinin bildirib ki, noyabrın 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir  Putin arasında görüş baş tutub. Bu gün isə Ermənistan prezidenti Serj Sarkisyan tələsik özünü Moskvaya çatdırmalıdır.

Rusiya-Türkiyə danışıqları məhsuldar keçib?

15 Noyabr 2017 12:02

Soçidə prezident iqamətgahında baş tutan növbəti Rusiya-Türkiyə danışıqları məhsuldar keçib. Hər halda, iki ölkə prezidentlərinin səsləndirdikləri bəyanatlar bu qənaətə gəlməyə əsas verib. Lakin media başqa fikirlər də var. Görüşdən əvvəl Ərdoğan Rusiya və ABŞ prezidentlərinin Suriya ilə bağlı mövqelərini tənqid edərək bildirmişdi ki, Suriyada münaqişənin həlli adıçəkilən ölkədən xarici qoşunların çıxarılması və hərbi bazaların bağlanmasından keçir. Soçi danışıqlarında da bununla bağlı hər hansı bir razılıq əldə olunmayıb. Rusiya Xarici İşlər Nazirliyinə yaxın "Kommersant” qəzeti də yazır ki, Türkiyə lideri Soçidə Suriya problemi ilə bağlı qarşısına qoyduğu hədəflərə çata bilməyib. 

Deputatımızın sədrliyi ilə Rusiyada toplantı keçiriləcək

15 Noyabr 2017 11:48

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rauf Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Azərbaycan Gənc parlamentarilərin IV qlobal konfransında təmsil olunacaq

15 Noyabr 2017 11:46

Milli Məclisin deputatı Şahin İsmayılov Gənc parlamentarilərin IV qlobal konfransında iştirak etmək üçün Kanadanın paytaxtı Ottavaya səfər edəcək. Milli Məclisdən “Olaylar”a verilən xəbərə görə, Parlamentlərarası İttifaq çərçivəsində keçiriləcək tədbirdə XXI əsrdə miqrasiya, ticarət, ətraf mühit, həyat səviyyəsinin yaxşılaşdırılması məsələlərində gənclərin rolu, onların siyasi fəaliyyətə cəlb edilməsi, gənclərin ehtiyaclarına uyğun olaraq dövlət siyasətinin müəyyənləşdirilməsi və struktur islahatlarının aparılması, nəsillərarası münasibətlərin qorunması mövzularında müzakirələr aparılacaq.

Birinci vitse-prezident: "Azərbaycanın iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməkdir"

15 Noyabr 2017 11:33

"Azərbaycan hökuməti adından Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini təqdim etmək mənim üçün böyük şərəfdir".

Prezident Braziliya xarici əlaqələr nazirini qəbul edib

15 Noyabr 2017 11:22

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

Azərbaycan prezidenti Moldovanın daxili işlər nazirini qəbul edib

15 Noyabr 2017 11:19

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 15-də Moldovanın daxili işlər naziri Aleksandr Jizdanı qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

İspaniya presedenti Dağlıq Qarabağ tənzimlənməsi üçün yeni resurslar yaratdı

15 Noyabr 2017 11:14

İspaniyanın Kataloniyadakı müstəqillik referendumunun nəticələrinə qarşı atdığı addımlar Avropa və ABŞ tərəfindən dəstəkləndi. Məsələ burasındadır ki, cəza prizmasından Dağlıq Qarabağ problemini yaradan ermənilərin davranışı diqqəti daha çox cəlb edir. Dağlıq Qarabağ cinayətkarları müəyyən qədər təpki görsəydilər Dağlıq Qarabağ münaqişəsi çoxdan tənzimlənərdi. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Dağlıq Qarabağ tənzimlənməsinin yeganə maneəsi Ermənistan və onun başında dayananan cinayətkarlardır.

Mehriban Əliyeva: "BMT qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır"

15 Noyabr 2017 11:01

"Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra biz dərhal müstəqil dövlət kimi mövcudluğumuza real təhlükə yaradan böyük siyasi, iqtisadi və humanitar çağırışlarla üzləşdik. Bunlardan ən ciddisi qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü idi və bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunub, işğal hələ də davam edir".

Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti müzakirə olundu

15 Noyabr 2017 07:40

Noyabrın 14-də paytaxt Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışına həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyindən Olaylar.az - a bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycanın daxil olduğu regionda həyata keçirilən infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın ictimai və biznes dairələrinin məlumatlandırılması olub. Digər tərəfdən bu tədbir Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş və 2016-cı ildən etibarən hər il Vaşinqtonda keçirilən Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizləri Forumu çərçivəsində aparılan müzakirələrin davamlılığının təmin olunması və region ölkələri tərəfindən həmin sahələrdə əldə edilmiş nailiyyətlərin təqdim edilməsi məqsədi daşıyır.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi keçiriləcək

14 Noyabr 2017 18:21

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur.

Deputat: "Azərbaycan sülh yolu ilə işğal altındakı torpaqlarını azad etmək və ərazi bütövlüyünü təmin etmək istəyir"

14 Noyabr 2017 18:19

Azərbaycan sülh yolu ilə erməni işğalı altındakı torpaqlarını azad etmək və ərazi bütövlüyünü, suverenliyini təmin etmək istəyir. Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimindəki çıxışına münasibət bildirərkən deyib.

Prezident İlham Əliyev Mahmud Abbasa məktub göndərib

14 Noyabr 2017 18:09

Azərbaycan prezidenti İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbasa məktub göndərib. Məlumata görə, dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Fələstin Dövlətinin Elan Edilməsi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan prezidenti: “Maliyyə vəziyyətimiz bir çox ölkələr üçün əlçatmazdır”

14 Noyabr 2017 18:04

“İqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacaq. Bu siyasət öz nəticələrini verir. Bu gün neftdən asılılıq azalır. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bundan sonra uzun illər ərzində iqtisadiyyatımızın aparıcı qüvvəsi olacaq.