“Rusiyadakı ermənilər bilərəkdən Azərbaycana qarşı etnik kartlardan istifadə edir”

“Hamıya məlumdur ki, dünyada çox güclü erməni lobbisi fəaliyyət göstərir. Bu lobbi tarixən sistemləşmiş və proqramlı şəkildə işləyir”. Bu fikirləri  politoloq Zaur Məmmədov Rusiyadakı bəzi çevrələrin Ermənistanın anti-Azərbaycan siyasətinin alətinə çevrilməsini şərh edərkən deyib. Politoloqun sözlərinə görə, Rusiyadakı ermənilər və onların maraqlarına xidmət edən bir qrup bilərəkdən Azərbaycana qarşı etnik kartlardan istifadə edir: “Hesab edirəm ki, bu hallar ancaq bir  tərəfin maraqlarına hesablanıb – bu  da ermənilərdir”.

"Hamıya məlumdur ki, dünyada çox güclü erməni lobbisi fəaliyyət göstərir. Bu lobbi tarixən sistemləşmiş və proqramlı şəkildə işləyir". Bu fikirləri  politoloq Zaur Məmmədov Rusiyadakı bəzi çevrələrin Ermənistanın anti-Azərbaycan siyasətinin alətinə çevrilməsini şərh edərkən deyib. Politoloqun sözlərinə görə, Rusiyadakı ermənilər və onların maraqlarına xidmət edən bir qrup bilərəkdən Azərbaycana qarşı etnik kartlardan istifadə edir: "Hesab edirəm ki, bu hallar ancaq bir  tərəfin maraqlarına hesablanıb - bu  da ermənilərdir".

Z. Məmmədov həmçinin, erməni xüsusi xidmətlərinin və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə çalışan Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimi talış əsilli şəxslərin fəaliyyətindən də danışıb. Politoloq qeyd edib ki, Azərbaycanda yaşayan hər bir etnik qrup öz ölkəsindən razıdır. O vurğulayıb ki, hər kəs milliyyətindən asılı olmayaraq eyni hüquqlara malikdir: "Hesab edirəm ki, ayrı-ayrı seperatçı şəxslər xarici qüvvələr tərəfindən idarə edilir". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31