Siyasət

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi qeyd edilib

14 Noyabr 2017 17:53

Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı mərasimdə çıxış edib. İyirmi beş il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirilməsini böyük tarixi hadisə kimi qiymətləndirən Prezident İlham Əliyev bildirib ki, həmin tarixdən təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan - məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanlayıb.

Prezident İlham Əliyev: “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb”

14 Noyabr 2017 17:49

“1993-2003-cü illərdə Azərbaycanda aparılmış böyük işlər ölkəmizi gücləndirdi. Azərbaycan bütün çətin sınaqlardan şərəflə çıxa bildi və bugünkü sürətli inkişafın da təməli o illərdə qoyuldu”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.

Prezident: "Avropa Şurası baş katibinin fəaliyyəti nəticəsində bu qurumla Azərbaycan arasında süni böhran yaradılıb"

14 Noyabr 2017 17:47

"Bizim xarici siyasətimiz həyatda özünü təsdiqləyib və bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq". Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.

Prezident İlham Əliyev: “Onlara Azərbaycanın siyasi səhnəsində yer yoxdur”

14 Noyabr 2017 17:45

"Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcək. Heç bir ölkə sabitlik olmadan inkişaf edə bilməz. Bu gün biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır.

Dövlət başçısı: "Azərbaycan nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa edəcək"

14 Noyabr 2017 17:43

"Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın".

Prezident: “Bu 14 ildə iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb”

14 Noyabr 2017 17:42

“Bu 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, ondan da az səviyyədədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini təşkil edir, yəni, ona bərabərdir”.

Prezident: “YAP-ın yaranması müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi”

14 Noyabr 2017 17:41

“25 il əvvəl 91 vətənpərvər insan ulu öndər Heydər Əliyevə müraciət edərək partiyanın yaradılması missiyasını üzərinə götürməyi xahiş edib”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.

YAP üzvlərinin 270 mini gənclərdir

14 Noyabr 2017 17:36

“25 il tarix üçün o qədər də uzun zaman deyil. Lakin, arxaya boylanıb ötən 25 ildə hansı hadisələrin baş verməsi, Azərbaycanın bütün sahələrdə necə böyük nailiyyətlər əldə etməsi doğurdan da qürurvericidir. Heç bir mübaliğəyə yol vermədən qeyd edə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin güclənməsində müstəsna rol oynayıb, güclənən bu müstəqillik isə Azərbaycan vətəndaşının rifah halının yaxşılaşmasında, ölkədə təhsil səviyyəsinin artırılmasında, iqtisadi inkişafın davamlılığında, ümumilikdə bütün sahələrin inkişafında mühüm rol oynayıb”.

Moskvada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

14 Noyabr 2017 17:31

Moskvada səfərdə olan Ermənistanın XİN rəhbəri Eduard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşə qatılıb. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində irəliləyiş əldə edilməsinə şərait yaradılması məqsədi ilə lazım olan addımlar barədə fikir mübadiləsi aparıb. Həmçinin tərəflər, Vyana, Sankt-Peterburq və Cenevrə sammitlərində əldə edilmiş razılaşmaların reallaşdırılması üçün atılmalı olan addımlardan danışıb.

Mədət Quliyev : "Hər an döyüşə hazır olmalıyıq”

14 Noyabr 2017 15:46

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “N” hərbi hissəsində 9 noyabr – Dövlət Bayrağı Gününə və gənc əsgərlərin hərbi andiçməsinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tehran sammiti: mühüm geosiyasi aspektlər

14 Noyabr 2017 15:43

İranın paytaxtında Azərbaycan, Rusiya və İran dövlət başçılarının görüşünün keçirilməsinə ekspertlərin marağı böyük olub. Orada müzakirə olunan məsələlərin regional və qlobal inteqrasiyaya ciddi yardım edəcəyi qənaəti vardır. Müxtəlif kontekstlərdə təhlil edilən görüşün tarixi əhəmiyyətini də vurğulamaq lazımdır.

Rusiya hökuməti Dünya Azərbaycanlıları Assambleyasına cavab verdi

14 Noyabr 2017 15:23

Rusiya Ədliyyə Nazirliyi Dünya Azərbaycanlıları Assambleyasının müraciəti ilə əlaqədar Rusiya Federasiyası Prakrorluğu qarşısında məsələ qaldırararaq Assambleyanın narahatlığı ilə bağlı araşdırma aparılmasınə və bu haqda Assambleyanın rəhbərinə məlumat verilməsi ilə bağlı xüsusi göstəriş verib. DAA-dan “OLAYLAR”-a bildirilib ki, bu haqda Rusiya Ədliyyə Nazirliyinin Assambleyaya göndərilən məktubunda qeyd olunur və Rusiya Baş Prokrorluğuna bu məsələni icraatlarında saxlamalarını və qeyd olunanlarla bağlı araşdırılaraq Assambleyaya məlumat verilməsinin zəruri olduğu vurğulanır.

Azərbaycanın birinci vitse-prezidentindən YENİ XƏBƏR var

14 Noyabr 2017 14:27

Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib. Məlumata görə, Gündüz Kərimov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub. 

Ankara Qarabağ probleminin həllində Moskvadan dəstək ala bilmədi

14 Noyabr 2017 14:18

Türkiyə və Rusiya prezidentlərinin daha bir görüşü reallaşdı. Ötən gün Soçidə bir araya gələn Putin və Ərdoğan arasında keçirilən görüşdə bir sıra regional məsələlər eləcə də ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı. Hələ Soçi görüşündən əvvəl belə bir fikir səsləndirilirdi ki, Ərdoğanla Putinin əsas müzakirə mövzusu Dağlıq Qarabağ problemi olacaq. Ancaq görüşdən sonra verilən açıqlamalarda bu əksini tapmırdı.