Ankara-Moskva siyasi ittifaqı qurulur

“Putin -Ərdoğan görüşü Yaxın Şərqdə, xüsusilə Suriya böhranında iki ölkənin bundan sonrakı fəaliyyəti və siyasi-hərbi-texniki əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, artıq Ankara-Moskva siyasi ittifaqı qurulur: “Bu İttifaq ABŞ başda olmaqla Qərbə qarşı formalaşır.

"Putin -Ərdoğan görüşü Yaxın Şərqdə, xüsusilə Suriya böhranında iki ölkənin bundan sonrakı fəaliyyəti və siyasi-hərbi-texniki əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, artıq Ankara-Moskva siyasi ittifaqı qurulur: "Bu İttifaq ABŞ başda olmaqla Qərbə qarşı formalaşır. Putinin Ankaraya səfəri böyük geosiyasi proseslərdən xəbər verir. Putin çalışacaq ki, Dəməşqlə Ankara arasında dialoqun baş tutmasını həll etsin və Əsədin hakimiyyətdə qalmasının Ankaradan zəmanətini alsın". Politoloq deyib ki, Ərdoğan Suriya ilə bağlı Putinin təkliflərini qəbul edəcək: "Ərdoğan Şimali Suriyada YPG və PYD-yə qarşı hərbi əməliyyatlarda bir daha Rusiyadan dəstək istəyəcək. Qeyd edim ki, Ərdoğan və Putin Suriya ilə bağlı bir-birlərinin təkliflərini qəbul edəcək".

Məhəmməd Əsədullazadə deyib ki, regionda böyük siyasi katakalizmlər yaşanır: "Demək olar ki, tarix təkrarlanır. Qərbin Türkiyəyə təzyiqləri fonunda iki rəqib ölkə - Türkiyə və Rusiya ittifaqı gerçəkləşir. Ankara-Moskva Yaxın Şərq və digər sahələrdə əməkdaşlığı genişləndirib, problemlərin həllini gerçəkləşdirsə də, Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya- Türkiyə danışıqları müsbət nəticə vermir. Çünki, Qarabağ münaqişəsi Rusiyanın inhisarındadır. Münaqişənin real həllinə Türkiyə yaxın buraxılmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31