Siyasət
“AST Telman” və qardaşının harada gizləndiyi bilindi - Fransa
Elmar Məmmədyarov Moskvaya gedir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, səfər əsnasında Moskvada xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.
Politoloq: “Rusiya başa düşür ki, Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək”
"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra hər iki ölkənin XİN rəhbərlərinə tapşırıq verilib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşlər keçirsinlər, əməli formatda müzakirələr aparılsın. Hər hansı texniki məsələlər ortaya çıxarsa onlar mövqe bildirsinlər".
Braziliyanın xarici əlaqələr naziri Azərbaycana gəlir
Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloysio Nunes Ferreira 15 noyabrda Azərbaycanda rəsmi səfərdə olacaq. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində nazir Aloysio Nunes Ferreiranın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Hər bir işğalçı erməni hərbçisini faciəvi sonluq gözlədiyini onlara yaşatmalıyıq
Son illər Azərbaycan Silahlı Qüvvələrinin müasir silahlar və texnika ilə təchiz olunması, orduda hərbi vətənpərvərlik hisslərinin əsaslı dərəcədə artması düşmən cəbhəsində ciddi təşviş yaradıb. Artıq Silahlı Qüvvələrimiz elə bir gücə, potensiala malikdir ki, ölkəmizə qarşı yönələn istənilən təxribatı, təhdidi dəf edə bilər.
YAP-ın 25 illiyi münasibətilə təntənəli mərasim keçirilir
Bakıda Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilir. Məlumata görə, Azərbaycan prezidenti, YAP sədri İlham Əliyev mərasimdə iştirak edir.
“Silahlı Qüvvələr haqqında” qanun dəyişdirilir
Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub. “Olaylar”ın məlumatına görə, bu, “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsidir.Yeni qanun layihəsində Silahlı qüvvələrin maliyyə təminatı, şəxsi heyətin və komplektləşmənin həyata keçirilməsinə dair vəzifələr də əksini tapıb. Burada hər bir hökumət strukturunda olduğu kimi Silahlı qüvvələrin şəxsi heyətinin məsuliyyəti də hüquqla müəyyən edilir.
Rusiya və Türkiyə prezidentləri arasında 2 ayda iki görüş
Holokost və Xocalı soyqırımları Los Ancelesdə anıldı
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin yəhudi mənşəli əməkdaşlarının yaratdığı “Bir Ürək Xilas Et” Fondunun birgə təşkilatçılığı və sözügedən Fondun üzvlərinin iştirakı ilə Nasist Almaniyasında yəhudilərə qarşı soyqırımının başlanğıcı hesab edilən, 1938-ci ilin “Kristal Gecə”sinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Konsulluqdan Olaylar.az – a bildirilib ki, tədbirdə “Bir Ürək Xilas Et” Fondunun rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi və Fondun üzvü Ester Blauqrund çıxış edərək, Baş Konsulluğa belə bir önəmli tədbirə evsahibliyi etdiyi üçün təşəkkürlərini bildiriblər.
Düşmən 114 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.
Siyavuş Novruzov: "Azərbaycanın müstəqilliyi üçün ciddi maneələrdən biri AXC idi"
"Sovet ittifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqil dövlət quruculuğu üçün ciddi maneələrdən biri də həmin dövrdə səriştəsiz və təsadüfi adamların Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmələri ilə bağlı idi". Məlumata görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Prezident bu şəxsləri çıxardı - Siyahı
Ermənistanın taleyi həll edilir - kritik 10 gün
Ərdoğan-Putin görüşü 2 saat 10 dəqiqə çəkdi
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxs təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.














