Siyasət
Nüsrət Əyyubova Prezidentin fərdi təqaüdü verilib
Prezident İlham Əliyev Nüsrət Əyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Gəncədə İdman Sarayı inşa olunacaq
Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Gəncə şəhərində İdman Sarayı inşa edilsin. Gəncə İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilir.
Gəncədə İdman Sarayı inşa olunacaq
Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Gəncə şəhərində İdman Sarayı inşa edilsin. Gəncə İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilir.
Gəncədə çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinə 7 milyon manat ayrılıb
Prezident İlham Əliyev Gəncə şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının tikintisi ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Həmsədrlərlə AŞPA həmməruzəçilərinin Qarabağa dair görüşü təxirə salınıb
ATƏT-in Minsk qrupu həmsədrləri ilə Avropa ŞurasıParlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçilərinin görüşü təxirə salınıb. Məlumata görə, görüş noyabrın 16-da Parisdə keçirilməli idi. Lakin həmsədrlərin həmin gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü planlaşdırıldığından Paris görüşü təxirə salınıb.
Azərbaycanda əfvlə bağlı müraciətlər araşdırılır
Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin humanizm siyasətindən irəli gələrək əfvlə bağlı müraciətlərə hər zaman diqqətlə yanaşılır. Bunu Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev deyib.
"Azərbaycan ABŞ-ın diqqətindədir" - Robert Sekuta
Energetika nazirliyində energetika naziri Pərviz Şahbazovla ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, iki ölkə arasındakı diplomatik münasibətlərin enerji sahəsində əməkdaşlıq əlaqələrinə böyük töhfə verdiyini vurğulayan Pərviz Şahbazov ölkəmizin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasında ABŞ-ın rolunun hər zaman yüksək olduğunu bildirib.
Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi o oldu
Toivo Klaar Avropa İttifaqının (Aİ) Gürcüstan və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi seçilib. Məlumata görə, bu barədə qərar Aİ Şurası tərəfindən bu gün qəbul edilib.
Bob Bləkman “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı kitabın əhəmiyyətindən bəhs etdi
Böyük Britaniya Parlamentində payız tətilindən əvvəl keçirilən ənənəvi parlament müzakirələrində Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Bob Bləkman tanınmış yazıçı-publisist, Azərbaycan Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı Elmira Axundovanın ingilis dillində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik tədqiqatın ingilis dilində nəşrinin əhəmiyyəti və kitabın Böyük Britaniya Parlamentində beynəlxalq təqdimatının təşkili barədə məlumat verib.
Bahar Muradova: “Azərbaycanın Minsk qrupunun həmsədrlərindən dəyişiklik tələb etməkdə haqlıdır”
“Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin zahiri tərəfinə nəzər yetirsək görərik ki, bu məsələ haqqında çox danışılır, çoxsaylı səfərlər olur, görüşlər keçirilir, söyləmək olar ki, ATƏT-in Minsk qrupu missiyasını yerinə yetirməklə məşğuldur, amma fəaliyyətin nəticəsinə qiymət versək, əlbəttə ki, bunu qənaətbəxş hesab etmək olmaz”. “Olaylar” xəbər verir ki, bunu trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
"Azərbaycan qlobal əhəmiyyətli mərkəzə çevrilib" MÖVQE
"Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Sevinc Fətəliyeva deyib. Onun sözlərinə görə, ölkəmiz təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır.
Cins şalvar geyinməyə də qoymurlar, qol vurulanda sevinməyə də...
Gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birliklər, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub.










.jpg)


.jpg)