Baş nazirin müavini istefa verdi - İş kompüterində pornoqrafik şəkillər tapıldı
21 Dekabr 2017 12:59 SiyasətBöyük Britaniyanın baş nazirinin müavini Demian Qrin istefa verib.
Yenicag.az xəbər verir ki, buna 2008-ci ildə onun iş kompüterində pornoqrafik şəkillərin tapılması barədə yayılan xəbərlər səbəb olub.
61 yaşlı siyasətçi kompüterində tapılmış şəkillərlə bağlı "qeyri-dəqiq və dolaşıq bəyanatlar" verməsi ilə əlaqədar vəzifəsindən gedib.
Qeyd edək ki, o, bu vəzifəyə 2017-ci ilin iyununda təyin olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31