Prezident İlham Əliyev Yaponiya İmperatorunu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Akihitoya təbrik məktubu göndərib.
22 Dekabr 2017 18:12 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Akihitoya təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əlahəzrət, Yaponiyanın milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31