Vitse-spiker: “Dağlıq Qarabağ problemi ilə bağlı birgə addımlar atılmır”

“Böyük dövlətlər dünyada problemlərin həlli ilə bağlı ortaq məxrəcə gələ bilmirlər. Onların birgə gördüyü iş sadəcə birgə bəyanatla bitir”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisdə keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

"Böyük dövlətlər dünyada problemlərin həlli ilə bağlı ortaq məxrəcə gələ bilmirlər. Onların birgə gördüyü iş sadəcə birgə bəyanatla bitir". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisdə keçirilən "Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu" mövzusunda konfransda Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Z. Əsgərov bildirib ki, dünyanın xüsusilə iri dövlətləri sözü bir yerə qoysalar, əməli fəaliyyətdə birgə olsalar, onda bu problemlər həll olunar: "Azərbaycan torpaqlarının 20 faizi 25 ildir qonşu Ermənistan tərəfindən işğal altındadır, o cümlədən bu gün dünyada qaçqın, miqrant problemləri xeyli çoxalıb. Amma bunların heç biri ilə bağlı birgə addımlar atılmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31