Prezidentin ətrafında sıx birləşən xalqımız əmindir ki,....

Cəmiyyətin inkişafında liderlərin rolu hər zaman həyati əhəmiyyət kəsb edib. Əsl liderlər bütün məsuliyyəti öz üzərinə götürmək, başqa insanların davranışlarına təsir etmək, konkret hədəflərə doğru irəliləmək və öz arxasında komandanı aparmaq qabiliyyətinə malik şəxslərdir.

Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan günü-gündən çiçəklənəcək, inkişaf edəcək, işğal altında olan torpaqlarımız tezliklə erməni işğalından azad ediləcək

Cəmiyyətin inkişafında liderlərin rolu hər zaman həyati əhəmiyyət kəsb edib. Əsl liderlər bütün məsuliyyəti öz üzərinə götürmək, başqa insanların davranışlarına təsir etmək, konkret hədəflərə doğru irəliləmək və öz arxasında komandanı aparmaq qabiliyyətinə malik şəxslərdir. Tarixin bütün dövrlərində bütöv xalqların, dövlətlərin taleyi məhs liderlərin və onların liderlik keyfiyyətindən asılı olmuşdur. Millət vəkili Tahir Mirkişili deyir ki, dirçəlmiş, müstəqil olmuş, möhkəmlənmiş Azərbaycanı dinamik inkişaf etdirmək başqa bir liderlik keyfiyyətidir və bu liderliyi Prezident İlham Əliyev bütün dünyaya nümayiş etdirdi. Onun sözlərinə görə, dövlət başçısının "müstəqil Azərbaycan, varlı Azərbaycan, dinc Azərbaycan və məğrur Azərbaycan" devizi var gücü və imkanları ilə həyata keçdi: "Zamanı qabaqlayan, ağır təbiətli, sadə və mükəmməl şəxsiyyət və siyasətçi" - bu sözlər İlham Əliyevi müasir zamanda xarakterizə edən sözlərdir. Onun üçün ən qiymətli və ən əziz meyar Azərbaycan üçün qarşıya qoyduğu məqsədlərə çatmaqdır. Və O, ardıcıl olaraq bu məqsədlərə çatır. Ölkə iqtisadiyyatını 3 dəfə böyüdür, dərin islahatlar aparır, regional və dünya miqyaslı layihələr icra edir, BMT Təhlükəsizlik Şurasına rəhbərlik edir, onun vətəndaşları dünya olimpiadalarının qızıl medallarını alır, Avropa Çempionu olur, düşmənə döyüşdə qalib gəlir, xalqın güzəranını durmadan yaxşılaşdırır. Ona örə də İlham Əliyev xalqın ən sevimli lideridir. Bu nəticələr bir milli liderin nail ola biləcəyi ən ümdə nəticələr, bir xalqın isə müasir və gələcək taleyidir". Tahir Mirkişili onu da qeyd edib ki, əldə edilən uğurlarla yanaşı dövlət başçısının qarşıya qoyduğu məqsədlər isə daha çoxdur: "İşğalçıları ərazilərimizdən qovmaq, daha sağlam, təhsilli bir nəsil yetişdirmək, müstəqilliyi möhkəmlətmək, yeni, müasir, texnologiyalara əsaslanan iqtisadiyyat qurmaq, dünyanın ən böyük layihələrini icra etmək, milli ənənənlərlə dünyaya nümunə olmaq. Bu məqsədlərə çatmaq üçün Prezident İlham Əliyevin xalqın sevgisi və inamı kimi ən ali gücü vardır. Prezident İlham Əliyevin yolu hər birimizin yoludur və bu vətənə xidmət yoludur. Bu yolda Prezidentimizə daim uğurlar arzu edirik".

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov isə qeyd edib ki, Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət uğurla davam etdirilib, ölkəmiz surətlə inkişaf edib, xalqın rifahı dayanmadan artıb, respublikamız regionda lider dövlətə çevrilib. Onun sözlərinə görə, bu dövrdə enerji strategiyası gerçəkləşdirilib, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri işə salınıb, Xəzər dənizində yerləşən "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi ilə bağlı 2050-ci ilə qədər yeni kontrakt imzalanıb, nəhəng layihə olan "Cənub Qaz Dəhlizi" layihəsi istiqamətində mühüm işlər görülüb: "Cənab Prezidentin təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üçün əhəmiyyətli işlər aparılıb, qeyri neft sektorunun inkişaf dinamikasının artırılması məqsədilə nəqliyyat, kənd təsərrüfatı, turizm, sənaye və digər sahələr təşviq edilib. Azərbaycanın əlverişli geosiyasi məkanda yerləşməsindən məharətlə istifadə edən cənab İlham Əliyev, ölkəmizin regionda nəqliyyat qovşağına çevrilməsi üçün mühüm işlər görüb. 30 oktyabr 2017-ci ildə Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib. Yaxın gələcəkdə Cənub-Şimal dəmir yolunun da istismara verilməsi nəzərdə tutulur ki, bu nəqliyyat dəhlizi vasitəsilə Cənubi Asiya istiqamətindən yüklərin Azərbaycan üzərindən Rusiya və Şimali Avropa ölkələrinə nəqli asanlaşdırılacaqdır. Bütün bunlarla yanaşı Azərbaycan Çinin təşəbbüsü olan Bir Kəmər Bir Yol meqa layihəsini də dəstəkləyib". Səfir Daşqın Şikarov bildirib ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlar danılmaz faktdır: "Ölkəmizin dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar ilə əlaqələri genişlənib və möhkəmləndirilib. Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü il üçün qeyri-daimi üzvlüyünə seçilməsi, eləcə də Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatların üzvlüyünə qəbul edilməsi aparılan xarici siyasətin uğurunun bariz göstəricisidir. 
Azərbaycanın ağrılı məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəxlaq hüquq normaları əsasında həlli istiqamətində hərtərəfli fəaliyyət aparılmaqdadır. Ölkəmizin ədalətli mövqeyi demək olar ki, bütün dünya dövlətləri tərəfindən dəstəklənir, Ermənilərin Xocalıda törətdiyi vəhşiliklər bir sıra ölklər tərəfindən soyqırım kimi tanınıb.  Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinə üstünlük verən cənab Prezident, eyni zamanda, Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılmasını da diqqət mərkəzində saxlayır. Görülmüş işlər nəticəsində Azərbaycan ordusu texniki bacarığı və texnoloji məharətinə görə güclü ordular sırasında qərarlaşıb. 2016-ci ilin aprel ayında Ermənistanın hərbi təxribatına layiqli cavab verilməsi, düşmən ordusunun qısa müddət ərzində darmadağın edilməsi Azərbaycan ordusunun potensialının gücünü sübut edib". Səfir qeyd edib ki,  Azərbaycan Respublikasının beynəlxalq aləmdə olan siyasi imici, müxtəlif sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən və tolerantlıq simvolu olan Respublikamızda Bakı Beynəlxalq Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və bu kimi digər önəmli tədbirlərin keçirilməsinə zəmin yaradıb: "Eyni zamanda, idman aləmində söz sahihibi olan ölkəmiz ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Bədii gimnastika üzrə Dünya Kuboku, "Formula 1", İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Cənab İlham Əliyev müsəlman ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. 2016-cı ilin fevralında dövlət başçımızın Birləşmiş Ərəb Əmirliyinə rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına xüsusi töhvə verib. Cənab Prezidentin kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasının artırılması istiqamətində verdiyi tapşırılıqlar və qərarlar nəticəsində Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirlikləri və Körfəz Əməkdaşlıq Şurası ölkələri bazarlarında artıb, bu ölkələrdən Azərbaycana səfər edən turistlərin sayında 40 dəfədən çox artım müşahidə edilib". Daşqın Şikarovun sözlərinə görə, 
Prezidentin ətrafında sıx birləşən xalqımız əmindir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan günü-gündən çiçəklənəcək, inkişaf edəcək, işğal altında olan torpaqlarımız tezliklə erməni işğalından azad ediləcək: "Vətəni sevən hər bir azərbaycanlı kimi biz də böyük sevgi və həvəslə Prezidentimizin tapşırıq və qərarlarının həyata keçirilməsi üçün var gücümüzlə çalışacağıq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31