Kaliforniya Azərbaycan Dostluq Assosiasiyası təsis edilib

İlk dəfə ABŞ-ın Kaliforniya ştatında yaşayan bütün azərbaycanlıları birləşdirən yeni təşkilat öz fəaliyyətinə start verib.  Olaylar.az  bildirir ki, Kaliforniya Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Bu, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılarının yaratdığı, bütün ştatı əhatə edən ilk təşkilatdır. 40 milyon əhalisi ilə ABŞ-ın ən böyük ştatlarından olan Kaliforniya ştatı 2.4 trilyon dollarlıq iqtisadiyyatı ilə nəinki ABŞ-da, dünya iqtisadi sistemində önəmli yerlərdən birini tutur. Həmçinin 1 milyonadək erməninin yaşadığı Kaliforniya dünyada ermənilərin ən çox məskunlaşdığı məkanlardan biri kimi tanınmaqdadır. 

Assosiasiya Los Anceles şəhərində keçirilən, 200-dək qonağın qatıldığı geniş tədbir vasitəsilə elan olunub. Tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı Kaliforniya ştat senatorları, şəhər merləri, şəhər şuralarının üzvləri, diplomatlar, tanınmış elm xadimləri,o cümlədən Nobel mükafatçısı Arieh Uorşel, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.
Hər iki ölkənin himnləri səsləndirildikdən sonra çıxış edən CAFA-nın icraçı direktoru Kimiya Məmmədova qonaqları salamlayaraq, Assosiasiyanın yaradılmasında əsas məqsədin Kaliforniyada yaşayan şimallı-cənublu bütün azərbaycanlıları, o cümlədən buradakı Azərbaycanın çoxlu sayda dostlarını birləşdirmək və Azərbaycan ilə Kaliforniya arasında ən müxtəlif sahələrdə əlaqələri daha da gücləndirmək olduğunu bildirib
Çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev müxtəlifliyi və multikulturalizmi, o cümlədən iqtisadi göstəricilərinə görə ABŞ-ın ən qabaqcıl ştatlarından olan Kaliforniya ştatında belə bir təşkilatın yaradılmasını tarixi və əlamətdar hadisə adlandırıb.
Daha sonra Kaliforniya Ştat Senatorları Ben Allen və Coş Nyuman, Kaliforniyanın Volnat  (Walnut) şəhərinin meri Meri Su, Torrens Şəhər Şurasının üzvü Haydi Eşkraft və Los Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Karlos Mendez çıxış ediblər. Natiqlər ən müxtəlif etnik icmaların yaşadığı Kaliforniya kimi çoxmədəniyyətli ştatda Azərbaycan icmasının təşkilatlanmasının və Azərbaycan və Amerika xalqları arasında güclü körpülərin yaradılmasının və dostluğun gücləndirilməsinin yüksək önəmini qeyd edərək, CAFA-ya təbrik və arzularını çatdırıb, müvafiq təbrik bəyannamələrini təqdim ediblər.
Los Anceles meri Erik Qarsettinin imzaladığı təbrik bəyannaməsi Los Anceles şəhərinin İnsan Resursları üzrə müvəkkili Amna Qazi tərəfindən Kimiya Məmmədovaya təqdim olunub.
Tədbir Azərbaycan musiqisindən nümunələrin ifası və ziyafətlə yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31