Siyasət
Azərbaycan və Türkiyə arasında təhlükəsizlik, hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub
Noyabrın 30-da Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz ilə görüşüb.
Elmar Məmmədyarov Vyanada Nalbandyanla görüşəcək
“Dekabrın 6-da həm həmsədrlərlə, həm də Errmənistan xarici işlər naziri ilə görüşəcəyəm”. “Olaylar” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovBakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib.
PA rəsmisi: Azərbaycan İslam sivilizasiyasının formalaşmasına töhfə verən dövlətdir
Azərbaycan İslam sivilizasiyasının formalaşmasına töhfə verən dövlətdir. Məlumata görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Bakıda keçirilən "İslam həmrəyliyinin güclənməsində medianın rolu" konfransında çıxışında deyib.
Ən yaxşı tabor komandirləri adı uğrunda yarışlar keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, yarışlar çərçivəsində Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərfindən “Qaraheybət” Təlim Mərkəzində “Ən yaxşı motoatıcı tabor komandiri” adı uğrunda müsabiqə təşkil olunub.
Elmar Məmmədyarovla Mövlüd Çavuşoğlu nədən danışıblar?
Azərbaycan, Pakistan, Türkiyə xarici işlər nazirlərinin Birinci Üçtərəfli Görüşü çərçivəsində Elmar Məmmədyarov Türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşüb. XİN-nin Mətbuat xidmətindən bildirilib ki, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluq ifadə edilib.
Azərbaycan prezidenti Hindistan XİN rəhbərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
SON DƏQİQƏ Azərbaycanın xüsusi qrupu Ermənistana hücum etdi - MİNLƏRLƏ ERMƏNİ...
Baş konsul Nəsimi Ağayev Los Anceles Konsulluq Korpusunun sədri təyin olundu
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los Anceles Konsulluq Korpusunun sədri təyin edilib. Olaylar.az bildirir ki, Nəsimi Ağayev artıq səlahiyyətlərinin icrasına başlayıb. LAKK ABŞ-ın Los Anceles şəhərində akkreditə olunmuş dünyanın 105 dövlətinin baş konsullarını və fəxri konsullarını birləşdirir. Nyu York şəhərindən sonra LAKK dünyada ikinci ən böyük konsulluq korpusudur. LAKK-ın duayeni Los Ancelesdə fəaliyyət göstərən bütün Konsulluq Korpusunu təmsil edir və buradakı şəhər, stat və federal qurumlarla, eləcə də digər təşkilatlarla Korpusun münasibətlərinin qurulması və tənzimlənməsinə rəhbərlik edir.
“Ona 45-50 milyon rüşvət verdim” - Rza Zərrab ilk dəfə danışdı
Türkiyə dünyaya: S-400 raketləri ölkəyə gətirildi – SON DƏQİQƏ
ABŞ prezidenti anti-müsəlman ruhlu 3 video paylaşdı: yalan aşkarlandı - VİDEO - FOTO
Mövlud Çavuşoğlu Azərbaycanda
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb. Bu gün o, Pakistan və Azərbaycan xarici işlər nazirləri ilə birgə üçtərəfli görüşə qatılacaq.
Zərrabın məhkəməsindən Xameneyi və Əhmədinejata şok - "1 nömrə..."
İlham Əliyevdən manatla alınan kreditlərlə bağlı — FƏRMAN
Ağcabədi rayonuna 3 milyon manat ayrılıb
Prezident İlham Əliyev Ağcabədi şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.














