Siyasət
Azay Quliyev: "Azərbaycan və Rusiya QHT-lərinin birgə əməkdaşlığı üçün böyük potensial var"
"Azərbaycan və Rusiyanın ictimai sektorları arasında münasibətlərin səviyyəsi bizi qane etmir". Məlumata görə, bunu Rusiya İctimai Palatası rəhbərliyi ilə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. O, Rusiya İctimai Palatasının katibi Valeri Fadeyevin dəvəti ilə Moskvaya səfərə gəldiklərini söyləyib: "Bugünkü görüşün məqsədi iki qurum arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək idi. Azərbaycanla Rusiya arasında isti münasibətlər mövcuddur. Hər iki ölkə bir-birini strateji tərəfdaş adlandırır. Dövlət başçıları arasında münasibətlər yüksək səviyyədədir. Rusiyada çoxlu sayda azərbaycanlılar yaşayır. Azərbaycanda da çoxlu sayda rus var".
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Rusiya İctimai Palatasının birgə iclası keçirilib
Moskvada Rusiya Federasiyasının İctimai Palatası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə iclası keçirilib. Məlumata görə, iclasda Şuranın sədri Azay Quliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya İctimai Palatasının katibinin müavini Sergey Orconikidze və Palatanın digər üzvləri iştirak ediblər.
Ekspert: Azərbaycan, Türkiyə və Pakistan regionda sabitliyi təmin edir
Azərbaycan, Türkiyə və Pakistan regionda sabitliyin təmin olunması üçün vacib addımlar atır. Bunu Türkiyənin Strateji araşdırmalar diplomatik mərkəzinin rəhbəri və Paris Universitetinin mədəni diplomatiya kafedrasının müdiri Naciye Selin Şenocak deyib.
Nazirlər Kabinetinin növbəti il üçün iş planının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib
Baş nazir Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin növbəti il üçün iş planının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Prezidentinin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Nazirlər Kabinetinin yeni iş qaydasına əsasən, Nazirlər Kabinetinin Konstitusiyada təsbit edilmiş və Prezidentin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin icrası və digər tədbirlərin həyata keçirilməsi üçün növbəti ildə görüləcək işlərin qabaqcadan planlaşdırıldığı vurğulanıb.
Əflatun Amaşov QDİƏT-in Parlament Məclisi Baş Assambleyasının sessiyasında iştirak edib
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən 50-ci sessiyasında çıxış edib.
“Azərbaycanla Pakistan arasında birbaşa hava xəttinin bərpası əlaqələri daha da gücləndirəcək”
“Qərara gəldik ki, Pakistan, Azərbaycan və Türkiyə olaraq üçtərəfli formatdan daha geniş istifadə edək”. Bu sözləri Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif Bakıda azərbaycanlı və türkiyəli həmkarları ilə keçirilən görüşdən sonra deyib. O bildirib ki, görüşdə üç ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması müzakirə edilib: “Bu sahədə mövcud olan əməkdaşlığımız üçtərəfli formada inkişaf edə bilər.
Zakir Həsənov Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb
Noyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, general H.Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Rəsmi Bakının uğurlu xarici siyasət kursu
Azərbaycanın regionda artan gücü və nüfuzu getdikcə onun beynəlxalq aləmdə də siyasi çəkisinin artmasına gətirib çıxarır. Artıq dünyanın əksər ölkələri Cənubi Qafqazda məhz Azərbaycan amilinə üstünlük verərək bizimlə qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirməyə maraqlı görünürlər.
Azərbaycan Pakistandan təlim təyyarəsi alacaq
Azərbaycan və Pakistan təlim təyyarələrinin alışı üzrə saziş imzalayacaqlar.“Olaylar” xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.
Mövlud Çavuşoğlu: “Türkiyə daim Azərbaycanın və Pakistanın yanında olacaq”
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir probleminin həllində daim Azərbaycanın və Pakistanın yanında olacaq.“Olaylar” xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. Türkiyəli nazir əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə Türkiyə tərəfi həmsədr ölkələri daha fəal və səmimi olmağa çağırıb.
Mövlud Çavuşoğlu: “Terrorçuların islamı əllərində vasitəyə çevirmələrinə imkan verməyəcəyik”
“Bu üçlü mexanizmin qurulmasından çox məmnunuq”. Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib.
Nazirlər hansı məsələdə razılığa gəldilər?
Noyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçirilib. Xarici İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazirlər dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə ediblər. Görüşdə Bakı Bəyannaməsi qəbul edilib.
Xəzərin hüquqi statusu ilə bağlı nazirlər səviyyəsində növbəti görüş dekabrın 4-5-də keçiriləcək
Xəzər dənizinin hüquqi statusu ilə bağlı xarici işlər nazirləri səviyyəsində növbəti görüş dekabrın 4-5-də olacaq. Məlumata görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovBakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib.
Pakistan da Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilər
Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri arasında çox intensiv məsləhətləşmələr keçirilib.“Olaylar” xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib ki, üçtərəfli görüş bizim münasibətlərimizdə daha bir mərhələdir:”Biz əmtəə dövriyyəsini artırmaq barədə razılığa gəldik.
Çavuşoğlu: "Afrin istiqamətindən təhdidlər artsa, tərəddüdsüz ora daxil olarıq"
"Türkiyə Təhlükəsizlik Şurasının toplantısında Suriyanın Afrin bölgəsindən qaynaqlanan təhdidləri dəyərləndirdik". Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı və pakistanlı həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.












