Siyasət
İranın XİN başçısı: “Əfqanıstanda sülhə nail olmaq üçün çalışmalıyıq”
“Azərbaycana İstanbul prosesinə ev sahibliyi etdiyi üçün təşəkkür edirəm, növbəti tədbirə ev sahibliyi edəcək Türkiyəyə uğurlar arzulayıram”. Məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında deyib.
Əfqanıstan prezidenti: "Azərbaycan prezidentinin müdafiə sahəsində dəstəyin artırılmasına dair bəyanatını alqışlayırıq"
"Azərbaycan xalqına və prezidentinə təşəkkür edirik ki, bu tarixi məqamda Bakıda bizi qəbul edirsiniz". Məlumata görə, bunu bu gün Əfqanıstan prezidenti Əşrəf Qəni Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı deyib.
Prezident: "Bakı-Tbilisi-Qars, Şimal-Cənub Dəhlizi Əfqanıstanın dünya bazarına çıxmasına imkan verəcək"
"Bakı-Tbilisi-Qars, Şimal-Cənub Nəqliyyat Dəhlizi Əfqanıstanın dünya bazarına çıxmasına, əfqan mallarının Avropa bazarlarına daha qısa yolla çıxmasına imkan verəcək". Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı bildirib.
Əfqanıstan XİN başçısı: “İstanbul prosesi daha geniş əməkdaşlığa imkan yaradır”
“Asiyanın Qəlbi” - İstanbul Prosesi"nin 7-ci nazirlər toplantısına ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edirik. Məlumata görə, bunu Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransının açılışında deyib.
Dövlət başçısı: ""Asiyanın Qəlbi” - İstanbul Prosesi Əfqanıstanın inkişafına töhfə verəcək"
"Azərbaycan "Asiyanın Qəlbi” - İstanbul Prosesi dialoq və əməkdaşlığın əhəmiyyətli prosesi kimi görür. Bu proses Əfqanıstanın inkişafına töhfə verəcək". Məlumata görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı bildirib.
Azərbaycan prezidenti: "Status-kvo dəyişməlidir, həmsədrlər də bunu dəfələrlə vurğulayıblar"
"Azərbaycan ərazilərinin 1/5-i işğal olunub. Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib". Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı bildirib.
Türkiyəli general Azərbaycanın HHQ-nin aviabazalarını ziyarət edib
“OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
KTMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə qəbul etdi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarus paytaxtı Minskdə keçirilən iclasının yekununda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edilib.Təşkilat üzvləri münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərinə dəstək ifadə ediblər. Məlumata görə, KTMT-yə üzv dövlətlər bir daha Minsk qrupunun fəaliyyətini dəstəklədiklərini təsdiqləyiblər. Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin məlum 3 prinsip əsasında həllinin vacibliyi vurğulanıb: "Bunlar xalqların öz müqəddəratını təyin etmə, güc tətbiq edilməməsi, zorakılıqdan yayınmaq və ərazi bütövlüyüdür".
Çavuşoğlu: "Bu, təhlükəsizliyinin təmin edilməsi üçün mühüm şərtdir"
"Effektiv regional əməkdaşlıq Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi üçün mühüm şərtdir. Biz etimadın bərpası üçün tədbirlərin kifayət qədər olmadığını hesab edirik. Terrorizm, narkotiklər və ekstremizm hamımız üçün təhlükə olduğundan ümumi maraqlardan çıxış etməliyik. Bu, bizdən daha çox səy göstərməyi tələb edir. Regionun bütün ölkələri dayanıqlı dialoqda iştirak etməlidir".
Ermənistan Gürcüstana təzyiqin yeni mərhələsinə start verdi
Yerevanda “Xristian və digər dini qruplara qarşı nifrət əsasında cinayətlərin qarşısının alınması və əleyhinə tədbirlərin hazırlanması: ATƏT və onun hüdudlarından kənarda olan perspektivləri” mövzusunda forumda E.Nalbandyan məruzəsini bir neçə tezis üzərində qurmuşdu:
İlham Əliyev Klaus Verner İohannisə məktub göndərdi
Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI
Prezident İlham Əliyev Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sabirabada 3 milyon manat ayrıldı
Prezident İlham Əliyev Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Sabirabad rayonunun sosial-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər baş vermiş, əsas kapitala yönəldilmiş vəsait 117,6 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 123,3 dəfə artmış, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Rayon Mərkəzi Xəstəxanası, Olimpiya İdman Kompleksi, “ASAN xidmət” Mərkəzi, Bayraq Meydanı və Muzeyi, Gənclər Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 56 mənzilli 3 yaşayış binası inşa edilmiş, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil müəssisələri və digər sosialyönümlü obyektlər istifadəyə verilmişdir. Bununla yanaşı Sabirabad şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 15 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Mövlud Çavuşoğlu: "Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa getmək cinayətdir"
“Dörd vətəndaşımızın Türkiyə və Azərbaycanın xəbəri, məlumatı olmadan Dağlıq Qarabağa getməsini öyrənəndə biz də çox məyus olduq”. Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.













