Siyasət

Fransis Malij: "Metsamor" AES bağlanmalıdır - Video

1 Dekabr 2017 16:34

Ermənistan Cənub Qafqazda təkcə təhlükəsizliyi təhdid etmir, həm də bölgədə ətraf mühiti radioaktiv tullantılarla çirkləndirir. Bu ölkədəki "Metsamor" Atom Elektrik Stansiyası və Qacaran Mis-Molibden Zavodu ekologiya üçün təhlükə mənbəyidir. Bunu yalnız Azərbaycan tərəfi bəyan etmir və vəziyyətin ağır olması indi Avropanı da narahat etməyə başlayıb.

Bakıda daha bir mühüm toplantı

1 Dekabr 2017 16:16

Azərbaycan artıq bir neçə ildir ki, regional və qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi, dünyada sülhə və sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa töhfə verə biləcək təşəbbüslərin fikir mübadiləsinin aparıldığı məkana çevrilib. İstər siyasi, istər iqtisadi, istərsə də humanitar və mədəni sahədə ölkəmizdə yüksək səviyyədə təşkil edilən bu kimi toplantılar, forumlar, diskussiyalar qeyd edilən istiqamətlərdə gələcəkdə geniş spektri əhatə edən əməkdaşlığın formalaşması imkanları yaradır.

Komitə sədri: "Ermənistan ikiüzlü siyasət yürüdür"

1 Dekabr 2017 14:41

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi konseptual baxımdan mükəmməl hazırlanıb. Layihədə silahlı qüvvələrin fəaliyyəti, sosial təminatı və digər məsələlər burada öz əksini tapıb. Son 26 ilə nəzərə salsaq, Azərbaycanın silahlı qüvvələrinin keçdiyi yol Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Liderin arzusu Azərbaycanda güclü silahlı qüvvələrin olması idi.

“Azərbaycan Bayrağı” ordeninin sahibləri gənclər üçün örnəyə çevrilə bilərlər

1 Dekabr 2017 14:39

Azərbaycan uzun illərdir ki, müharibə vəziyyətində yaşadığından ölkədə hərbi sahəyə diqqət də hər ötən il bir qədər artır. İldən-ilə dövlət büdcəsindən hərbi sahəyə ayrılan vəsaitin nəzərçarpacaq dərəcədə artması, ordumuzun yeni, müasir texnikalarla təminatı istiqamətində atılan addımlar Silahlı Qüvvələrin maddi-texniki bazasını gücləndirir. Eyni zamanda ordunun şəxsi heyəti də bu sırada yaddan çıxmır.

Əfqanıstan prezidenti: “NATO qüvvələrinin marşrutu kəsildiyi zaman Azərbaycan öz hava dəhlizini açdı”

1 Dekabr 2017 14:25

“NATO qüvvələrinin marşrutu, demək olar ki, kəsildiyi zaman, Siz öz hava dəhlizinizi açdınız”. Məlumata görə, bunu Bakıda səfərdə olan Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni geniş tərkibli görüşdə deyib.

Prezident İlham Əliyev: "Azərbaycan və Əfqanıstan dost və tərəfdaş ölkələrdir"

1 Dekabr 2017 14:17

"Bu, Sizin ölkəmizə artıq üçüncü səfərinizdir. Eyni zamanda, bizim bir çox beynəlxalq tədbirlər zamanı görüşmək imkanımız olub. Çox yaxşı şəxsi münasibətlərimiz qurulub. Həmçinin ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir.

Azərbaycan və Əfqanıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

1 Dekabr 2017 14:15

Dekabrın 1-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qəni mətbuata bəyanatlarla çıxış ediblər. 

Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb

1 Dekabr 2017 14:14

Azərbaycan prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədlərinin imzalanması mərasimi olub.

Əli Həsənov: "Azərbaycan İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verir"

1 Dekabr 2017 14:07

Dekabrın 1-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizə səfərə gəlmiş Misirin aparıcı media nümayəndələri ilə görüşüb.

Azərbaycan və Əfqanıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

1 Dekabr 2017 13:36

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü olub

1 Dekabr 2017 13:35

Bu gün prezident İlham Əliyevin Azərbaycanda işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub. Əfqanıstan prezidentini prezident İlham Əliyev qarşılayıb.

Hadi Rəcəbli: “Azərbaycanda kişilərin yarısı siqaret çəkir”

1 Dekabr 2017 12:51

“Azərbaycanda yaşları 20-44 arasında olan kişilərin 30 faizi, 45-64 yaşda olanların isə 51 faizi siqaret çəkir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Millət vəkili: "“Hay"lar özləri haqqında bundan da betərini eşidiblər”

1 Dekabr 2017 12:48

“Rusiya televiziyalarından birində Ermənistan prezidentinin "ərinə xəyanət edən arvad"a bənzədilməsi bizdə bir çoxlarımızda böyük ruh yüksəkliyi doğurub. Bənzədilib lap yaxşı, bəs sonra?”. Məlumata görə, bunu açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

“MDB məkanında yaranmış münaqişələr birbaşa Rusiya ilə bağlıdır”

1 Dekabr 2017 12:46

“Son vaxtlar Ermənistan ilə Avropa Birliyinin yaxınlaşması Rusiyanı narahat edir. Ermənistanla Rusiya arasında forpostluq, həm də partnoyrluq əlaqəsi var idi. İqtisadiyyatının böyük hissəsi Rusiyanın inhisarında olub. Amma Ermənistan görür ki, bu, müsbət nəticə vermir. Çünki Rusiya iqtisadi amillərdən istifadə edib özününü siyasi problemlərini də həll edir. Rusiya ilə eyni bloklarda olan Ermənistan artıq ondan qopmağa başlayıb”. Məlumata görə, bunu açıqlamasında politoloq Arzu Nağıyev deyib.