Siyasət

Mikayıl Cabbarov vergilər naziri təyin edildi

5 Dekabr 2017 16:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mikayıl Cabbarovun Azərbaycan Respublikasının vergilər naziri təyin edilməsi haqqında sərəncam imzaladı.

Prezident İlham Əliyev iki naziri işdən azad etdi

5 Dekabr 2017 16:50

Prezident İlham Əliyev Fazil Məmmədovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Rusiya XİN başçısı: "Xəzərin hüquqi statusuna dair 20 illik işi yekunlaşdırdıq"

5 Dekabr 2017 16:37

"Xəzərdə insidentlərin araşdırılmasına dair razılaşmada xeyli irəliləyiş əldə olunub". Bu sözləri Rusiya xarici işlər naziri Sergey LavrovXəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada baş tutan toplantısından sonra keçirilən mətbuat konfransında deyib.

İranın XİN başçısı: “Xəzərdə başqa dövlətlərin hərbi iştirakı mümkün deyil”

5 Dekabr 2017 16:19

Xəzər dənizində başqa dövlətlərin hərbi iştirakı mümkün deyil. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, bu barədə beş Xəzəryanı dövlət razılıq əldə edib. Nazir qeyd edib ki, Xəzərin hüquqi statusunu müəyyənləşdirəcək Konvensiyanın hazırlanması istiqamətində işlər davam edir. Tərəflər arasında konstruktiv müzakirələr aparılır və Konvensiyanın bir çox maddələri razılaşdırılıb. Onun sözlərinə görə, mütəxəssislər 49 görüş keçiriblər və Konvensiyanın hazırlanması üçün tərəflər arasında 12 sənəd imzalanıb.

Deputatımız AŞPA komitəsində məruzə edəcək

5 Dekabr 2017 15:51

Dekabrın 6-da Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçiriləcək. AŞPA-dakı nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iclasda iştirak edəcək. “Olaylar” xəbər verir ki, komitə iclasında azərbaycanlı deputatın “Silahlı münaqişələrin qurbanı olan uşaqların müdafiəsi” adlı məruzəsi müzakirə olunacaq.

Azərbaycan uğurlu inkişaf yolundadır

5 Dekabr 2017 15:42

“Dünya ölkələrində baş verən sosial-iqtisadi və siyasi proseslərin təhlili fonunda Azərbaycan uğurlu inkişaf yolundadır, qarşısına qoyduğu məqsədlərə nail olur, hətta, perspektiv tərəqqi üçün çox möhkəm təməl yaradılıb”.

Azərbaycan-İran-Rusiya parlament üçlüyünün yaradılması təklif olunur

5 Dekabr 2017 15:18

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski aktual məsələlərin müzakirəsi üçün Rusiya, İran və Azərbaycandan ibarət parlament üçlüyünün yaradılmasını təklif edib.

Azərbaycanın rolu yüksək qiymətləndirilir

5 Dekabr 2017 15:15

"Beynəlxalq Elektrik Rabitəsi İttifaqı beynəlxalq səviyyədə kibertəhlükəsizliyin təmin olunmasında Azərbaycanın və Rusiyanın töhfəsini yüksək qiymətləndirir". Bunu jurnalistlərə BakuTel - 2017 23-cü Beynəlxalq "Telekommunikasiyalar və informasiya texnologiyaları" sərgisi və konfransında iştirak edən təşkilatın rəhbəri Houlin Çyao deyib.

2018-ci il türk dünyasının mədəniyyət paytaxtı seçildi

5 Dekabr 2017 15:14

Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu barədə qərar Qazaxıstanda keçirilən TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısında qəbul edilib.

Səfir: "Azərbaycan və Bolqarıstan təkcə dost yox, həm də strateji tərəfdaşdır"

5 Dekabr 2017 15:13

Azərbaycan və Bolqarıstan təkcə dost yox, həm də strateji tərəfdaşdır. Bunu "Bloomberg" telekanalına müsahibəsində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova deyib. Onun sözlərinə görə, bu, 2015-ci ildə Azərbaycanla Bolqarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqıqnda bəyannamədə öz əksini tapıb.

Nazir: “Azərbaycan tərəfi Xəzərin hüquqi statusunun dövlətlərin suveren hüquqlarına hörmət edilməsi yolu ilə həllinə əmindir”

5 Dekabr 2017 13:35

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Moskva şəhərində keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsində iştirak edib.XİN-dən “Olaylar”a verilən məlumata görə, tədbirdə çıxış edən Nazir Elmar Məmmədyarov ötən dövr ərzində danışıqlar prosesinin iştirakçıları tərəfindən konvensiya layihəsi üzrə mühüm işlər görüldüyünü, yüksək səviyyəli beştərəfli görüşlər zamanı qəbul edilmiş qərarların və əldə edilmiş razılaşmaların bütün xəzəryanı dövlətlərin mövqelərinin mühüm dərəcədə yaxınlaşdırılmasına, ümumilikdə danışıqlar prosesinə güclü təkan verdiyini və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi, məhsuldar əməkdaşlıq və Xəzər regionunda sabitliyin qorunub saxlanması üçün tarixi əhəmiyyət kəbs etdiyini vurğulayıb.

Prezident Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib

5 Dekabr 2017 13:22

Prezident İlham Əliyev dekabrın 5-də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zhaonu qəbul edib. Bu barədə prezidentin mıətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

5 Dekabr 2017 13:20

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 5-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti xəbər yayıb.

Prezident İlham Əliyev Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirini qəbul edib

5 Dekabr 2017 13:19

Prezident İlham Əliyev dekabrın 5-də Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanı qəbul edib. Məlumata görə, görüşdə ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən informasiya texnologiyaları sahəsində uğurla inkişaf etdiyi bildirilib.

Səməd Seyidov: “Azərbaycan Avropa İttifaqına inteqrasiyanın tərəfdarı deyil”

5 Dekabr 2017 12:51

 “Azərbaycan Avropa İtifaqına inteqrasiyanın deyil, bu birliklə qarşılıqlı faydalı əməkdaşlıq etməyin tərəfdarıdır”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.