Siyasət

Sahibə Qafarova miqrantlarla bağlı hesabat verəcək

5 Dekabr 2017 12:29

Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın fakt araşdırıcı missiyasının tərkibində İtaliyanın paytaxtı Romada səfərdədir. Deputatımız AŞPA komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə yola düşəcək.

Azay Quliyev ATƏT-in tədbirinə qatılacaq

5 Dekabr 2017 12:28

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 24-cü toplantısında iştirak etmək üçün dekabrın 5-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək. MM-dən “Olaylar”a verilən məlumata görə, Büroda ATƏT PA-nın 2018-ci il üçün fəaliyyət planı, qurumun qış və yay sessiyalarının gündəliyinə aid məsələlər, digər aktual mövzular  müzakirə olunacaq.

Sergey Lavrov: “Xəzər beşliyi”ndə əməkdaşlığın səviyyəsindən razıyıq"

5 Dekabr 2017 12:27

“Xəzər beşliyi”ndə əməkdaşlığın səviyyəsindən razıyıq". Bunu Xəzəryanı ölkələrin XİN başçılarının 7-ci iclasındakı açılış nitqində Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. 

Səməd Seyidov: “Azərbaycan Avropaya təhlükəsizlik gətirir”

5 Dekabr 2017 12:20

“Azərbaycanın Avropa ilə yaxınlaşmaqda strateji məqsədləri var”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Tbilisidə  keçirilən “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq parlament konfransında deyib. O bildirib ki, Azərbaycanın iştirakı ilə həyata keçirilmiş və gələcəkdə reallaşdırılacaq layihələr ölkəni Avropa ilə yaxınlaşdırır: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələr regionu Avropaya, Avopanı isə regiona yaxınlaşdırır”.

Azərbaycan və Gürcüstan XİN rəhbərləri arasında məktub mübadiləsi həyata keçirilib

5 Dekabr 2017 12:09

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstanın xarici işlər naziri Mixayıl Canelidze arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən xəbərə görə, E. Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində Azərbaycan və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın bütün sahələrində nəzərəçarpacaq inkişafın müşahidə olunduğunu bildirib.

Azərbaycan prezidenti Rusiya rabitə nazirini qəbul edib

5 Dekabr 2017 11:34

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının rabitə və kütləvi informasiya naziri Nikolay Nikiforovu qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşü başlayıb

5 Dekabr 2017 11:20

Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb. Məlumata görə, iclasda xarici işlər naziri Elmar Məmmədyarov də iştirak edir.

Cəbhə xəttində monitorinq keçiriləcək

5 Dekabr 2017 11:04

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 6-da Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Monteneqro “ASAN xidmət” təcrübəsinə müraciət etdi

5 Dekabr 2017 09:39

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olub. Olaylar.az bildirir ki, səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və müvafiq sahədə qarşılıqlı fəaliyyətin təfsilatlarının müzakirə edilməsi idi.

Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

4 Dekabr 2017 18:25

Azərbaycan Prezidenti İlham Əliyev Tailandın Kralı Maha Vaçiralonqkorna təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Əlahəzrət, Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Prezident İlham Əliyev: Azərbaycanın ixrac imkanları qat-qat artacaq

4 Dekabr 2017 18:01

Azərbaycanın ixrac imkanları qat-qat artacaq. Məlumata görə, bunu Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olan Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.

İran parlamentinin üzvü: “Biz Dağlıq Qarabağı Azərbaycana torpağı sayırıq”

4 Dekabr 2017 16:32

“Biz Dağlıq Qarabağ ərazisini İslam torpaqlarının bir parçası və Azərbaycana aid torpaq bilirik”.  Bu sözləri İran parlamentinin Urmiyadan olan üzvü Seyid Hadi Bahaduri İran mətbuatında qondarma “DQR”in “xarici işlər naziri” Masis Mailyanın müsahibəsinə münasibət bildirərkən deyib.

"İşğal olunmuş Dağlıq Qarabağda cinayətkar qruplaşmalar üçün şərait yaradılıb"

4 Dekabr 2017 15:47

"Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə terrorizmin maliyyələşdirilməsi arasında açıq əlaqəni qeyd etməmək mümkün deyil". Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiya Dövlət Dumasında keçirilən "Parlamentarilər narkotiklərə qarşı" adlı beynəlxalq konfransda çıxış edərkən deyib.

ABŞ-ın daimi nümayəndəsi: "NATO Azərbaycanla sıx əlaqələrini davam etdirmək niyyətindədir"

4 Dekabr 2017 15:34

NATO Azərbaycanla sıx əlaqələrini davam etdirmək niyyətindədir. Bunu cavablandırarkən ABŞ-ın NATO-dakı daimi nümayəndəsiKey Beli deyib. Daimi nümyəndə əlavə edib: "Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun mənzil-qərargahında olub. Qeyd etmək istəyirəm ki, Azərbaycan NATO-nun missiyalarında əhəmiyyətli rol oynayıb və biz bu ölkə ilə sıx əlaqələrimizi davam etdirmək istəyirik".