Siyasət
Erməni əsilli qadın 30 il sonra yenidən Gəncədə
PA rəsmisi: "Avropa İttifaqının separatizmə münasibəti Avropa ölkələri üçün bumeranqa çevrilməkdədir”
"Avropa İttifaqının ötən illərdə separatizmə münasibəti Avropa ölkələri üçün bumeranqa çevrilməkdədir”. Məlumata görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb.
Novruz Məmmədov: "Beynəlxalq təşkilatlar, aparıcı ölkələr hadisələrin qarşısını almaq əvəzinə onların arxasınca sürünürlər"
"Beynəlxalq təşkilatlar, aparıcı ölkələr hadisələrin qarşısını almaq əvəzinə onların arxasınca sürünürlər". Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.
Qənirə Paşayeva ABŞ-da işğaldan danışdı
Milli Məclisin deputatı Qənirə Paşayeva ABŞ-ın tanınmış qadın təşkilat rəhbərləri və təmsilçiləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.
Səməd Seyidov: Şərq Tərəfdaşlığı Sammitində qəbul olunmuş sənəd Azərbaycanın maraqlarına tam cavab verir”
Avropa İttifaqının Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitimdə qəbul edilən Birgə Bəyannamədə əks olunan müddəalar Azərbaycanın maraqlarına tam cavab verir. “Olaylar” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.
Roma papasından daha çox katolik olmağa çalışanlar
Artıq uzun illərdir ki, Azərbaycana qarşı şər üçbucağının formalaşdığının şahidinə çevrilməkdəyik. Müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, bu üçbucağın tərəflərindən birini Ermənistan, digərini Rusiya təşkil edirsə, üçüncü tərəfdə isə bir qayda olaraq Almaniya yer alır.
Millət vəkili: “Hər üç ölkə bir-birinin inkişafında maraqlıdırlar"
“Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında hər üç dövlətin bir çox məsələlərdə ümumi baxışları var. Hər üç ölkə bir-birinin inkişafında maraqlıdırlar və beynəlxalq birlikdə birgə fəaliyyət göstərirlər”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Prezident İlham Əliyev Zirə qəsəbəsində “BAKU AGROPARK”da görülən işlərlə tanış olub - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olub. Məlumata görə, iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Səməd Qurbanov dövlət başçısına Aqropark barədə məlumat veriblər.
Səfir: “Türkmənistanın xarici siyasətinin əsasını neytrallıq və mehriban qonşuluq təşkil edir”
“Neytrallıq, sülhsevərlik və mehriban qonşuluq Türkmənistanın xarici siyasətinin əsasını təşkil edir”. Məlumata görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Məkan İşankuliyev 12 dekabr-Beynəlxalq Neytrallıq günü ilə münasibəti ilə keçirdiyi mətbuat konfransında deyib.
Azərbaycan prezidenti Aİ xüsusi nümayəndəsi ilə Qarabağ nizamlanmasını müzakirə edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatına görə, Bakıya ilk dəfədir gəldiyini və burada şahidi olduğu inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyən Toivo Klaar Azərbaycan ilə daha yaxından tanış olmaqda maraqlı olduğunu vurğulayıb.
“Nardaran hadisələrinin arxasında xarici qüvvələr dayanırdı”
Nardaranda yaşayan insanlar inanclı insanlardır. Lakin Nardarana aidiyyəti olmayan bəzi qüvvələr bu insanların dini inanclarından öz məqsədləri naminə sui-istifadə etməyə cəhd göstərmişdilər. Bunu Nardaranda dini ekstremist qrupa qarşı keçirilən əməliyyatının 2-ci ildönümü ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Elmar Məmmədyarov Rusiyaya gedib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, E.Məmmədyarov 4-5 dekabr tarixlərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində iştirak etmək üçün Rusiyaya işgüzar səfərə yola düşüb.Tədbir çərçivəsində nazirin çıxışı nəzərdə tutulub.
Üçtərəfli görüş Azərbaycan, Türkiyə , Pakistan arasında strateji əməkdaşlıq daha da möhkəmlənəcək
“Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən birinci üçtərəfli görüşü regionda sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcək”. “Olaylar” xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) komitə sədrinin müavini Bəxtiyar Əliyev deyib.
Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçiriləcək
Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayacaq. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclasda nümayəndə heyətləri işçi qruplarda ikitərəfli münasibətlərin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.
KTMT Ermənistan ərazisində qaçqınlar adı ilə terrorçuların mövcudluğu faktını konstatasiya etdi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Minsk sammitində dövlət başçılarının imzaladığı bəyannamədə maddələrdən biri terrorçu yaraqlıların qaçqın adı ilə dövlətlərin ərazisinə daxil olma taktikasını seçə bilməsidir. Xarici yaraqlı-terrorçuların aşkarlanıb zərərsizləşdirilməsi üçün dövlətlərarası əməkdaşlığın gücləndirilməsini, eləcə də transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsini təklif edir. KTMT dövlət başçılarının qəbul etdiyi bu maddə yalnız Ermənistana aiddir.














