Səudiyyədə yeni həbs dalğası başlayıb - Daha 11 şahzadə...
7 Yanvar 2018 08:00 SiyasətYanvarın 6-da Səudiyyə Ərəbistanında daha 11 şahzadə saxlanılıb.
Kolgemedia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Səudiyyədə 11 şahzadənin qənaət tədbirlərinə qarşı dəvət aldıqları saray toplantısında nəzarət altına alındıqları iddia edilir.
Buna səbəb isə şahzadələrin elektrik, su kimi kommunal xərclərin dövlət tərəfindən qarşılanmayacağının açıqlanması olub.
Səudiyyə saytı "sabq.org"un verdiyi xəbərə görə, şahzadələr kral sarayında bir araya gələrək kral üzvlərinin su və elektrik xərclərinin artıq dövlət tərəfindən ödənilməməsini irəli sürən layihənin geri götürülməsini tələb edib. Şahzadələr qohumları üçün verilən edam cəzası üçün də təzminat tələb ediblər. Xəbərə görə, şahzadələr sarayı tərk etməyi də rədd edib.
Bunu görən krallığın mühafizəçiləri 11 şahzadəni nəzarət altına alaraq onları həbs etdikləri iddia edilir.