"Münaqişənin həlli ilə bağlı hücumedici addımlar atmalıyıq"- ŞƏRH
“Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı vəziyyət qeyri-adidir. Bir çox ölkələr Ermənistanın nazı ilə onadığı üçün düşmən ölkə beynəlxalq hüquq normalarına əməl etmir. Çox təəssüf ki, ATƏT-in Minsk qrupu da buna müəyyən biganəlik nümayiş etdirir”. Bunu politoloq Fikrət Sadıqov deyib.
8 Yanvar 2018 12:48 Siyasət"Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı vəziyyət qeyri-adidir. Bir çox ölkələr Ermənistanın nazı ilə onadığı üçün düşmən ölkə beynəlxalq hüquq normalarına əməl etmir. Çox təəssüf ki, ATƏT-in Minsk qrupu da buna müəyyən biganəlik nümayiş etdirir". Bunu politoloq Fikrət Sadıqov deyib.
Politoloq bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan həm hərbi potensialından istifadə edir, həm də diplomatik və siyasi yolla bunu həll etməyə çalışır: "Torpaqlarının bir hissəsinin düşmən işğalında olmasına baxmayaraq, Azərbaycan bütün dünyaya normal sivil dövət olduğunu bəyan etməklə yanaşı, problemin həlli istiqamətində çıxış yolu axtarmağa çalışır".
Cari ilin yanvar ayının ikinci hissəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçiriləcəyini xatırladan F.Sadıqov bu görüşdən müsbət gözləntilərin olmayacağını dilə gətirib: "XİN başçılarının görüşündən müsbət heç nə özləmirəm. Çünki, əsas məsələ dövlət başçılarının görüşündə müzakirə və həll olunur. Amma XİN başçılarının da görüşü təbii ki, münaqişə ilə bağlı aparılan danışıqlarda bir addımdır. Əgər Ermənistan tərəfi bu görüşə yenə də köhnə təkliflər, düşüncələr gələcəksə, o zaman bu görüşün baş tutmaması ondan yaxşıdır. Çünki, bizə ölü təkliflər, mənasız təşəbbüslər, formal protokol naminə təşkil olunan görüş lazım deyil".
F.Sadıqovun fikrincə Azərbaycan tərəfi 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha hücumedici diplomatik addımlar atmalıdır: "Mənə elə gəlir ki, biz addımlarımızı daha da sərtləşdirməli, vaxtaşırı hərbi potensialımızdan istifadə etməli, erməni tərəfinə öz hərbi hazırlığımızı nümayiş etdirməliyik". Sia.az