Siyasət

Səməd Seyidov: Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır

6 Dekabr 2017 12:40

Azərbaycan Avropa İttifaqı ilə bərabər əsaslarla, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. “Olaylar” xəbər verir ki, bunu  jurnalistlərə müsahibəsində Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib. Səməd Seyidov deyib ki, “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransda Avropa İttifaqı və digər Avropa institutları ilə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. “Biz rəsmi Bakının Avropa İttifaqı ilə münasibətləri barədə fikirlərini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırdıq.

Xəzər hansı prinsiplər əsasında milli sektorlara bölünür?

6 Dekabr 2017 12:23

Rusiyanın paytaxtı Moskva şəhərində Xəzərin hüquqi statusu ilə bağlı aparılan danışıqların nəticəsi olaraq bu ölkənin xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın bütün məsələləri ilə bağlı razılıq əldə edilib. Lavrov bildirib ki, konvensiyanın mətni demək olar ki, hazırdır.

Qul ağasının üzünə ağ olur - Vəziyyət gərginləşir

6 Dekabr 2017 12:01

Ermənistanda Avropa Birliyi (AB) ilə noyabrın 24-də "Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş"in imzalanmasından maraqlı hadisələr baş verir.

"Azərbaycandakı səfir vəzifəsinə bir neçə namizəd nəzərdən keçirilir" - Rusiya XİN

6 Dekabr 2017 11:41

Gələn ilə qədər Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti işlər vəkili Oleq Muraşyov icra edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ölkəsinin Azərbaycana yeni səfir təyin etməsi ilə bağlı məsələyə şərh verərkən deyib.

Prezident İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub

6 Dekabr 2017 11:39

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar.

Elmar Məmmədyarov həmsədrlərlə görüşəcək

6 Dekabr 2017 11:26

Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində Elmar Mammadyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcəkdir. ATƏT-in Nazirlər Şurasının iclasında nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Azərbaycan vətəndaşlarının 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir

6 Dekabr 2017 11:22

Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Bu məlumatlar ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alıb. Azərbaycanda araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı aparıb.

Cəbhədə GƏRGİN GECƏ

6 Dekabr 2017 10:07

İlham Əliyev finlandiyalı həmkarını təbrik etdi

5 Dekabr 2017 18:06

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib.

Prezidentdən daha iki sərəncam

5 Dekabr 2017 17:54

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ramazan Ağakişiyevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev: "Azərbaycan növbəti telekommunikasiya peykinin orbitə çıxarılmasına hazırlaşır"

5 Dekabr 2017 17:09

Prezident İlham Əliyev XXIII Beynəlxalq "BakuTel-2017" telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına müraciət edib.