Nazirlər Kabinetində yerdəyişmələr olub
9 Yanvar 2018 04:47 SiyasətBöyük Britaniyanın Baş naziri Tereza May ölkənin Nazirlər Kabinetində bir sıra dəyişikliklər edib.
Publika.az xəbər verir ki, sabiq miqrasiya naziri Brandon Levis Mühafizəkarlar partiyasının yeni lideri təyin edilib. Sabiq mədəniyyət naziri Karen Bredli Şimali İrlandiya üzrə nazir təyin vəzifəsinə təyin olunub. Onu Matt Hankok əvəzləyib. Ədliyyə naziri David Lidinqton bundan sonra Baş nazirin ofisində fəaliyyət göstərəcək. Onun vəzifəsində əmək və təqaüd naziri David Qauke xidmət edəcək.
Daxili işlər naziri, maliyyə naziri, "Brexit" üzrə dövlət katibi və xarici işlər nazirləri isə öz vəzifələrində qalıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31