Azər Həsrət: “Azərbaycan özünün siyasətini yürütməkdə israrlıdır” 

“2017-ci il əvvəlki illərlə müqayisədə heç də zəif təsir bağışlamadı əksinə daha instensiv il kimi yaddaşlara hopdu. Çünki Azərbaycan istər qlobal, regional səviyyədə, istərsə də ölkə daxilində aparılan siyasət baxımından dünyanın diqqət mərkəzində oldu”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

"2017-ci il əvvəlki illərlə müqayisədə heç də zəif təsir bağışlamadı əksinə daha instensiv il kimi yaddaşlara hopdu. Çünki Azərbaycan istər qlobal, regional səviyyədə, istərsə də ölkə daxilində aparılan siyasət baxımından dünyanın diqqət mərkəzində oldu". Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, həmçinin beynəlxalq güclərin, beynəlxalq medianın diqtəsi Azərbaycanda oldu: "Eyni zamanda beynəlxalq dövlətlərarası təşkilatların, həmçinin qeyri-hökumət təşkilatlarının diqqəti davamlı olaraq ölkəmizin üzərində oldu. Yəni Azərbaycan dünyanın ən çox müzakirə olunan dövlətlərindən biri kimi diqqət mərkəzində idi. O baxımdan mən düşünürəm ki, istər dövlət başçısının şəxsən özünün apardığı siyasət, istərsə də ümumilikdə dövlətimizin yürütdüyü strateji xətt bizim daimi diqqət mərkəzində qalmağımıza öz töhfəsini verdi. Bunlar əslində yaxşı hallardır. Çünki dünyada Azərbaycan kimi ərazi cəhətdən çox kiçik və eyni zamanda əhalisinin sayı az olan onlarla ölkə var. Həmin ölkələrin adları il ərzində beynəlxalq tribunalarda bir dəfə də belə çəkilmir və yaxud da təsadüfi hallarda çəkilir.

Amma BMT-dən başlamış ATƏT, Avropa Şurası, Avropa Birliyi, NATO bu cür çox önəmli qurumların tribunalarından daim Azərbaycanın adı çəkildi. Təbiidir ki, bizə qarşı hücum cəhdləri də oldu. Amma bütün bunlara Azərbaycan dövləti və ölkəmizin təmsilçiləri yetərincə yüksək səviyyədə peşəkarlıqla cavab verə bildilər. 2017-ci il və ondan öncəki illər Azərbaycan üçün əlamətdar sayıla bilər. Ona görə ki, biz passiv, ələ baxan, kiminsə əlinin altında olan bir dövlət təsiri bağışlamadıq. Biz öz imicimizi qoruyub saxlaya bildik. Yəni dünya bir daha əmin oldu ki, Azərbaycan dövləti özünün müstəqil siyasətini yürütməkdə israrlıdır. Azərbaycan dövləti heç bir xarici dövlətin və beynəlxalq təşkilatın cızdığı xətt üzrə hərəkət etmək fikrində deyil. Yəni bunun özü ləyaqətli bir dövlət kimi Azərbaycanın imicinin möhkəmlənməsinə öz töhfəsini verdi". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31