Siyasət
Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
Yeni vergilər naziri Mikayıl Cabbarov bu gün kollektivə təqdim olunub. Məlumata görə, yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyev təqdim edib. R. Mehdiyev M. Cabbarova yeni vəzifəsində uğurlar arzulayıb, müvafiq tapşırıqlar verib. M. Cabbarov kollektiv qarşısında çıxış edib.
MSK bu deputatı mandatdan məhrum edəcək
Milli Məclisinin deputatı qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum ediləcək. Məlumata görə, bununla bağlı Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr edilir.
Hikmət Hacıyev: "Köçəri türk sözüdür"
“Köçəri” sözünün erməni dilindən hərfi tərcüməsini bilmək çox maraqlı olardı. “Google”un tərcümə xidməti bununla bağlı heç bir nəticə göstərmir”. Məlumata görə, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.
Vəzifəsindən azad olunan Fazil Məmmədovdan ilk AÇIQLAMA
Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə yeni qərar verəcək
Avropa İnsan Haqları Məhkəməsində “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı yeni qərar veriləcək. Dekabrın 12-də Böyük Palata maddi təzminatla əlaqədar həmin işlə bağlı yeni yazılı qərar çıxaracaq. Bildirilir ki, əslində məhkəmə iş üzrə 2015-i il iyunun 16-da qərar verib. Lakin maddi təzminatla əlaqədar qərar hazır olmadığından məhkəmə onu sonraya saxlayıb. Bu səbəbdən AİHM-in Böyük Palatasında məsələyə yenidən baxacaq. Məhkəmə tərəflərə bununla bağlı qeydlərini məhkəməyə təqdim etmələri ilə bağlı müraciət edib. Eyni proses həmin tarixdə “Sarkisyan Azərbaycana qarşı” işi ilə bağlı da aparılacaq.
Elman Nəsirov: ING maliyyə holdinqinin Azərbaycanla bağlı hazırladığı analitik hesabat həqiqəti əks etdirir
Hollandiyanın nüfuzlu ING maliyyə holdinqinin Azərbaycanla bağlı hazırladığı analitik hesabat kifayət qədər həqiqəti əks etdirir. Bunu millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bildirib ki, məruzəni hazırlayan ekspertlər Azərbaycandakı siyasi-iqtisadi vəziyyəti, insanların sosial durumunu, onların gələcəyə baxışı ilə bağlı vəziyyəti hərtərəfli analiz ediblər: "İlk növbədə hesabatda diqqəti cəlb edən məqam əhalinin hakimiyyətə inamıdır. Məruzədə qeyd edilir ki, əhalinin 81 faizi hakimiyyətə etibar edir.
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi müddəti azaldılır
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir. Məlumata görə, bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.
Monitorinq insidentsiz başa çatıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 6-da Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, keçirilən monitorinq insidentsiz başa çatıb.
Yaxın Şərqdə sülhyaratma missiyası fiaskoya uğrayır
Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyəsən Yaxın Şərq probleminı, daha doğrusu uzun illər İsraillə Fələstin arasında davam edən qarşıdurmanı, gərginliyi birdəfəlik “yoluna qoymaq” istəyir. Hər halda son günlər Ağ Evdən Yaxın Şərq problemi, xüsusilə ilə İsrail-Fələsin münaqişəsinə dair verilən açıqlamalar belə deməyə əsas verir. Əvvəlcədən onu deyək ki, Birləşmiş Ştatların ortaya qoymuş olduğu bu mövqe beynəlxalq aləmdə, xüsusilə müsəlman dünyasında, İslam aləmində ciddi əks reaksiya doğurub. Səbəb Amerika prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi görmək istəyini açıqlamasıdır.
Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə çatır
Cari ildə əldə edilən uğurlar, iqtisadi sahədə qeydə alınan müsbət dinamika 2018-ci ilin də ölkəmiz üçün uğurlu olacağını söyləməyə əsas verir. Xüsusilə, cari ilin 9 ayının sosial-iqtisadi göstəriciləri, eləcə də 2018-ci ilin büdcəsi belə bir əminlik yaradır. Təsadüfi deyil ki, əksər ekspert və mütəxəssislər də bu qənaədədirlər ki, 2018-ci il Azərbaycan üçün uğurlu olacaq.
Ermənistan yenə də “ənənəsinə” sadiq qalacaq
Son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində həmsədrlərin aktivliyi müşahidə olunur. Buna səbəb kimi güc sahibi olan beynəlxalq təşkilatların yaxasını geri cəkərək münqaişənin həllində məsuliyyəti ATƏT-in Minsk qrupu üzərinə atması göstərilə bilər.
Rafael Hüseynov: “İşğal edilmiş ərazilərdə toponimlərin hamısı erməni adları ilə əvəz edilib”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin Budapeştdə keçirilən iclasında bir sıra ümumavropa əhəmiyyətli təhsil, elm, mətbuat problemləri ilə yanaşı, mədəni irslə əlaqədar ayrıca məruzə də müzakirəyə çıxarılıb.
Zakir Həsənov türkiyəli generalı ilə görüşüb
Dekabrın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi korpus generalı Yavuz Türkgenci ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, təlimlərin və treninqlərin sayının artırılması məsələləri, qarşıdakı vəzifələr, birgə fəaliyyət istiqamətləri müzakirə edilib.
Oqtay Əsədov Qırğızıstana səfər edəcək
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün dekabrın 7-də Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfər edəcək. MM-dən “Olaylar”a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Sevinc Hüseynova, İlham Əliyev, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Putin qarşıdan gələn prezident seçkilərində iştirak etməyəcək
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu noyabr ayının yekunları ilə bağlı mətbuat konfransı keçirib. İlkin olaraq bölgədə, xüsusən Rusiyada cərəyan edən siyasi proseslərə diqqət yönəldən politoloq qeyd edib ki, Rusiya Federasiyası mürəkkəb geosiyasi vəziyyətdədir.












.jpg)

