Siyasət
Prezidentin Mikayıl Cabbarovu vergilər naziri təyin etməsinin SƏBƏBİ AÇIQLANDI
Atəşkəsin pozulması halları artır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 155 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokolu imzalanıb
Bakıda keçirilən Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini başa çatdırıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən ediblər.
Prezident Rusiya ilə dövlət sərhədi istiqamətində tikiləcək yeni yolun təməlqoyma mərasiminə qatılıb
Prezident İlham Əliyev Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-202 kilometrlik hissəsində tikiləcək yeni yolun təməlqoyma mərasimində iştirak edib. “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına avtomobil yolunun layihəsi barədə məlumat verib.
Putindən ölkəmizə böyük jest - səfir məsələsində anlaşma
Daha dörd icra başçısı yola salınır, adları bu yazıda
Tramp Yaxın Şərq “bombasının fitilini çəkdi” – fəlakət ssenarisinə start!
İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin vətəndaşlarına Azərbaycanda ali təhsil üçün qrantlar veriləcək
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb.
Cavanşir Qurbanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Cavanşir Qurbanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Nalbandyan Vyanada həmsədrlərlə görüşüb
Vyanada Ermənistan xarici işlər naziri Edvard NalbandyanınATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan “Twitter” səhifəsində yazıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunur.
Nazir müavini: "Xəzərdəki mübahisəli yataqlarla bağlı beynəlxalq qaydalar tətbiq oluna bilər"
"Xəzərin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri var. Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik və öz sazişlərimizi hazırlayacağıq".
Aydın Mirzəzadə: “Prezidentin bu qərarını cəmiyyət müsbət qarşıladı”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 5 dekabr 2017-ci il tarixində Mikayıl Cabbarovun respublikanın vergilər naziri təyin edilməsini cəmiyyət müsbət qarşıladı”.
Xələf Xələfov Xəzərin hansı prinsiplər əsasında bölündüyünü açıqlayıb
"Konvensiyaya əsasən, xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur". Məlumata görə, bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun Azərbaycandan olan üzvü Xələf Xələfov deyib.
Xələf Xələfov: "Lavrovun da dediyi kimi, 20 illik danışıqların uğurla başa çatdığını söyləyə bilərik"
"Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırılıb. Lavrovun da dediyi kimi, 20 illik danışıqların uğurla başa çatdığını söyləyə bilərik". Məlumata görə, bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun Azərbaycandan olan üzvü Xələf Xələfov deyib.













