“Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkədir” 

“Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət haqqında geniş danışmaq və təhlillər aparmaq olar”. Bunu  millət vəkili Musa Qasımlı deyib. “Qısaca olaraq onu söyləmək lazımdır ki, İlham Əliyev ölkə daxilində apardığı islahatlar və müasirləşmə siyasəti ilə haqlı olaraq xalq arasında qurucu Prezident kimi sevilir və müdafiə olunur.

"Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət haqqında geniş danışmaq və təhlillər aparmaq olar". Bunu  millət vəkili Musa Qasımlı deyib. "Qısaca olaraq onu söyləmək lazımdır ki, İlham Əliyev ölkə daxilində apardığı islahatlar və müasirləşmə siyasəti ilə haqlı olaraq xalq arasında qurucu Prezident kimi sevilir və müdafiə olunur. Onun hakimiyyəti illərində Azərbaycanın təkcə şəhərləri deyil, hətta kəndləri də simasını dəyişib. Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkədir. Beynəlxalq aləmdə dövlətimizin nüfuzu artıb, beynəlxalq mövqeləri güclənib. Hesab edirəm ki, bu və digər səbəblərdən 2018-ci il seçkilərində cənab Prezidentin böyük üstünlüklə qalib gələcəyi şəksizdir"- deyə, deputat fikrini tamamlayıb. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31