Siyasət
Silahlı Qüvvələrdə QHT-lərin yaradılması mümkünsüz olacaq
Azərbaycan Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatları (QHT) və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir. Bu, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 5-ci (Silahlı Qüvvələrin hərbi quruculuq və fəaliyyət prinsipləri) maddəsində əksini tapıb.
Azərbaycanla Aİ arasında danışıqlar uzana bilər
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əməkdaşlıq komitəsinin iclasının nə vaxt keçiriləcəyi ilə bağlı hələlik məlumat yoxdur. Bundan öncə gərək şuranın iclası olsun, sonra komitənin iclası keçirilə bilər.
Azərbaycan Silahlı Qüvvələri beynəlxalq terrorçuluqla mübarizə aparacaq, informasiya təhlükəsizliyini təmin edəcək
Azərbaycan Silahlı Qüvvələrinə əlavə vəzifələr verilir. Məlumata görə, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 4-cu (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsinin 10-cu bəndində bildirilir ki, Silahlı Qüvvələr öz fəaliyyətində informasiya təhlükəsizliyini təmin etmək vəzifəsinə malik olacaq.
İran prezidenti Azərbaycana səfərə gələcək
Avropa Məhkəməsi azərbaycanlıların Ermənistana qarşı şikayəti üzrə QƏRAR verdi
Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovların Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının yeni qərarı elan olunub.
Ermənilərin daha bir məğlubiyyəti
Beynəlxalq təşkilatlarda təmsil olnunan erməni rəsmilərinin öz xalqını aldatma ənənəsi davamlı xarakteri alıb. Hətta bu ənənə prezident səviyyəsində də müşahidə olunmaqdadır. Vaxtilə Kazan danışıqlarının sirrini açan prezident Serj Sərkisyan bu yaxınlarda Vyana danışıqlarının da təfərrüatlarını açıqlayaraq erməni xalqını aldatmış oldu. Artıq bu ənənə erməni deputatlarına da sirayət edib.
Həmsədrlərin fəaliyyətsizliyi fonunda Ermənistan prosesləri öz xeyrinə dəyişməyə çalışır
Bu günlərdə Ermənistan hərbi sahədə Azərbaycan üzərində üstünlük əldə etmək üçün müxtəlif gedişlər edir. İşğal altında olan Azərbaycan ərazilərində hərbi təlimlər keçirməkdən tutmuş öz hərbi arsenalını gücləndirməyə, eyni zamanda cəbhə xəttində təxribatlar törətməyə qədər, bütün mümkün vasitələrdən istifadə edir.
“Ermənistanın daxilində başa düşüblər ki, “talış kartı” Azərbaycanın əleyhinə işləməyəcək”
“Talış seperatizmi Azərbaycandan kənarda mövcuddur. Dövlətin apardığı siyasət nəticəsində ölkə daxilində bu məsələ ilə bağlı heç bir problem yoxdur”. Bu fikirləri politoloq Mübariz Əhmədoğlu bəzi talış əsilli şəxslərin Rusiyada anti-Azərbaycan fəaliyyətini şərh edərkən deyib.
İstanbulda Heydər Əliyevin xatirəsi anılıb
İstanbul Sarıyerdə Azərbaycanın İstanbul Konsulluğunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 14-ci ildönümünün anma mərasimi keçirilib. Heydər Əliyevin abidəsinin ucaldığı meydanda elm,mədəniyyət və siyasət xadimləri, işadamları, İstanbulda yaşayan Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər.
Azərbaycan Heydər Əliyevi anır - FOTOSESSİYA
“Qromıko etiraf edib ki, Əliyev məhz buna görə SSRİ rəhbəri seçilməyib”
Heydər Əliyev özünə və ətrafındakılara qarşı tələbkar idi. Qəbul etdiyi qərarların dönmədən yerinə yetirilməsinə çalışırdı. Məsuliyyətsizliyə, intizamsızlığa, səhlənkarlığa dözümü yox idi. Amma bağışlamağı da bacarırdı.
Belarusda ümummilli lider Heydər Əliyevin anım günü keçirilib
Azərbaycanın Belarusdakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilib. Səfirlikdən verilən məlumata görə, mərasimdə Belarusda yaşayan azərbaycanlılar, Minskdə təhsil alan azərbaycanlı və yerli tələbələr iştirak ediblər.
Qarsda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Türkiyənin Qars vilayətində Qars Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən dərnək rəhbəri Göksal Kayqısız türk tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin türk dünyasında əvəzsiz xidmətləri olduğunu bildirib.
Rusiyanın oyuncağına çevrilmiş Məhərrəmov...
Azərbaycan Fəxrəddin Aboszadə və Zabil Məhərrəmova iş, çörək versə də, Rusiyaya sığınan bu şəxslər vətənlərinə xəyanət etmiş insanlardır. Bu gün sözügedən şəxslər erməni xüsusi xidmətləri və Rusiyanın müəyyən dairələrinin əlində oyuncağa çevriliblər.
Səfir: "Heydər Əliyev Türk dünyasının ən böyük liderlərindən biridir"
Heydər Əliyev Türk dünyasının ən böyük liderlərindən biridir. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. Səfir qeyd edib ki, Heydər Əliyev Azərbaycanın böyük lideri olmaqla yanaşı, bu ölkənin qurucu lideridir.














