Siyasət
Leyla Əliyeva Gürcüstanda Heydər Əliyevin abidəsini ziyarət etdi
Bu gün Azərbaycan xalqının ümummilli lideri, dahi siyasətçi Heydər Əliyevin vəfatından 14 il ötür. Səhər saatlarından Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı ziyarət edilir, önünə əkillər qoyulur. Bundan başqa bir çox şəhərlərdə də dünya siyasətində özünəməxsus yeri olan Heydər Əliyevin xatirəsi yad edilir, abidəsi qarşısına gül-çiçək dəstələri qoyulur.
Azərbaycanla Gürcüstan arasında delimitasiya üzrə danışıqlar gələn ilin əvvəlindən davam etdiriləcək
"Rusiya və Azərbaycan arasında demarkasiyanın həyata keçirilməsi üçün dövlət komissiyası mövcuddur. Bu komissiya indiyə qədər bütün normativ hüquqi sənədləri qəbul edib".
Nursultan Nazarbayev Xəzəryanı dövlət başçılarının sammitinin tarixi barədə təklif verəcək
"Qazaxıstan prezidentiNursultan Nazarbayev gələn ilin birinci yarısında konkret tarixdə Xəzəryanı dövlət başçılarının sammitinin keçirilməsi barədə təklif verəcək. Tədbirin tarixi Xəzəryanı dövlətlərin başçıları ilə razılaşdırılacaq". Məlumata görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Xələf Xələfov: "Xəzəryanı dövlətlər su səthinin bölgüsü ilə bağlı saziş imzalayacaq"
"Razılaşdırılan Konvensiya layihəsində Xəzərdə su səthinin bölgü prinsipi əksini tapıb. 15 millik suverenlik zonasına dövlətin suverenliyi şamil olunur, dövlətin ərazisi 15 mildə davam edir. 15 mildən sonra 10 mil də balıqçılıq zonası müəyyənləşdirilib. Qalan su səthi ümumi istifadədə olacaq". Məlumata görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Xələf Xələfov: "Xəzərin təkinin bölgüsündə orta xətt və yaxud hər hansı vahid prinsip nəzərdə tutulmayıb"
"Razılaşdırılan konvensiya layihəsində Xəzərin təkinin üzbəüz və yanakı dövlətlər arasındakı ikitərəfli sazişlər əsasında sektorlara bölünməsi nəzərdə tutulub". Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. X. Xələfov bildirib ki, Xəzərin təkinin bölgüsündə orta xətt və yaxud hər hansı vahid prinsip nəzərdə tutulmayıb. Nazir müavini qeyd edib ki, Azərbaycanla Türkmənistan və İran arasında da bu sahədəki məsələlər ikitərəfli saziş əsasında həllini tapmalıdır.
Qənirə Paşayeva: "Terrorla mübarizədə ikili standartlar olmamalıdır"
Millət vəkili Qənirə Paşayeva İraqın Baş naziri Heydər əl-Abadi ilə görüşüb. “Olaylar” xəbər verir ki, görüş İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi və 30 ölkədən nümayəndələrin qatıldığı Beynəlxalq Jurnalist Simpoziumu çərçivəsində baş tutub. Millət vəkilinin Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verməsi, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olması barədə fikirlərinə cavab olaraq, İraq baş naziri Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə çalışdıqlarını deyib.
“Rusiyadakı ermənilər bilərəkdən Azərbaycana qarşı etnik kartlardan istifadə edir”
“Hamıya məlumdur ki, dünyada çox güclü erməni lobbisi fəaliyyət göstərir. Bu lobbi tarixən sistemləşmiş və proqramlı şəkildə işləyir”. Bu fikirləri politoloq Zaur Məmmədov Rusiyadakı bəzi çevrələrin Ermənistanın anti-Azərbaycan siyasətinin alətinə çevrilməsini şərh edərkən deyib. Politoloqun sözlərinə görə, Rusiyadakı ermənilər və onların maraqlarına xidmət edən bir qrup bilərəkdən Azərbaycana qarşı etnik kartlardan istifadə edir: “Hesab edirəm ki, bu hallar ancaq bir tərəfin maraqlarına hesablanıb – bu da ermənilərdir”.
"Ulu öndərin ideyaları bu gün də Azərbaycan dövlətinin inkişafına xidmət edir"
Ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı siyasət bugünki müstəqil Azərbaycan dövlətinin qərarlaşmasını, onun inkişafını, Azərbaycan xalqının çox işıqlı və inamlı gələcəyini təmin edən siyasətdir. Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
Cəbhə xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 13-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Sabah Qüdsə görə bütün müsəlman dövlətləri bir araya gəlir - İstanbul zirvəsi
Kim Çen İnin öldürülməsi üçün 310 min dollar ayrıldı
Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
Rusiyanın Azərbaycana “üç pisliyi” - Bakıdan etiraz siqnalı
Cənubi Koreyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)
Azərbaycanın gələcəyi naminə canını fəda edən dahi şəxsiyyət
Tam 14 il oldu ONUN haqq dünyasına qovuşması. 14 ildir qurub-yaratdığı, inkişaf etdirdiyi, dünyada sayılıb-seçilən bir ölkəyə çevirdiyi Azərbaycan Heydər Əliyevsizdir. Nə qədər qəbuledilməz, ağrılı olsa da, Azərbaycan xalqı bu reallıqla barışmaq məcburiyyətindədir. Və 14 ildir ki, Ulu öndərin əziz xatirəsinə yüksək ehtiram, sayğı nümayiş etdirir.













.jpg)
