Siyasət

“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur”

11 Dekabr 2017 19:58

YAP Siyasi Şurası və Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Universitetində “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda mühazirə söyləyib.

Rusiyadan Azərbaycana etnik separatizm ixracı cəhdləri

11 Dekabr 2017 18:45

Zaman-zaman müəyyən məkrli dairələr, qara qüvvələr Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurmağa çalışıblar və təəssüflər olsun ki, günümüzdə də bu kimi təxribat xarakterli hərəkətlər davam edir. Xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, Moskva ilə Bakı arasında gərginlik yaratmaq cəhdləri iki ölkə rəhbərliyinin yüksək səviyyədə keçirilən ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq müzakirələrindən sonra müşahidə edilməyə başlayır. Hazırda da belə bir tendensiya davam edir və bu təxribat xarakterli hərəkətlər Azərbaycan və Rusiya prezidentlərinin bir müddət əvvəl Soçidə baş tutan mühüm görüşü, eləcə də Tehranda gerçəkləşən Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli sammitindən sonra özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıb. 

Bakının 3 qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün maliyyə vəsaiti ayrılıb

11 Dekabr 2017 18:23

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində, Pirallahı rayonunun Pirallahı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

İran XİN: Bəzi ərəb dövlətləri islam dünyası və Fələstinə xəyanət edib

11 Dekabr 2017 17:24

“Xəzərin hüquqi statusuna dair konvensiyanın taleyinin prezidentlərin Qazaxıstanın Astana şəhərində keçiriləcək görüşündə həll olunmasına ümid çoxdur”. Bunu İranXarici İşlər Nazirliyinin sözçüsü  Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında  deyib.

Lukaşeviç: "2017-ci il Qarabağ danışıqlarının bərpası baxımından əlamətdardır"

11 Dekabr 2017 16:50

"2017-ci il Dağlıq Qarabağmünaqişəsi bölgəsində təhlükəli eskalasiyadan uzaqlaşma və danışıqlar prosesinin bərpası ilə əlamətdardır". Məlumata görə, bunu bu gün "Rossiya Seqodnya" agentliyində keçirilən Moskva-Vyana telekörpüsündə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. 

Rusiya azərbaycanlıları Putinin prezidentliyə namizədliyini dəstəkləyirlər

11 Dekabr 2017 16:23

Rusiya azərbaycanlıları Vladimir Putinin növbəti dəfə prezident postuna namizədliyini irəli sürməsi ilə bağlı qərarını dəstəkləyiblər. Bu barədə Rusiyadakı azərbaycanlı icmaları adından Rusiya prezidentinə göndərilən məktubda qeyd olunub.

Hikmət Hacıyev: “Diplomatlar köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işləri yüksək qiymətləndirdilər”

11 Dekabr 2017 15:47

“Səfərdə 60-dan çox ölkənin və beynəlxalq təşkilatın səfirləri, nümayəndələri, Avropa İttifaqının, BMT-nin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçiləri iştirak edib.  Onlarda çox yüksək təəssürat yarandı”. Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayonuna təşkil etdiyi səfərlə bağlı açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.

Amerikalı tədqiqatçı: "Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır"

11 Dekabr 2017 15:33

“Beynəlxalq hüququn norma və prinsipləri çoxdan bəllidir. BMT nizamnaməsinə görə prinsiplər düzgün şəkildə müəyyən olunub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır”. Bunu ABŞ-dan olan tədqiqatçı Ceyms Koyl deyib.

“Rusiya və Türkiyə liderləri Qüds məsələsində bir-birinə yaxın mövqelərdən çıxış edəcəklər”

11 Dekabr 2017 15:31

Rusiya və Türkiyə liderlərinin görüşü iki ölkənin bundan sonrakı münasibətlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Mən deyərdim ki, bu görüş hətta fövqəladə əhəmiyyət kəsb edir. Çünki məhz son zamanlar baş tutan Putin-Ərdoğan görüşlərindən sonra hal-hazırda faktiki olaraq yeni ittifaq, Ankara-Moskva siyasi ittifaqı qurulur.

“Azərbaycan Qüdsün bütövlükdə bir dövlətin paytaxtı elan edilməsini qəbul etmir”

11 Dekabr 2017 15:27

“Qüds məsələsinin nə ilə yekunlaşacağını demək bir qədər çətindir. ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini ora köçürməklə bağlı qərarı qəliz məsələni bir qədər də çətinləşdirib”. Bu fikirləri  Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Hüquqi və demokratik olmaq üçün ölkədə dövlət, vətəndaş cəmiyyəti, KİV və xalqın birliyi gərəkdir

11 Dekabr 2017 15:07

«Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir» 

Deputat: "Ulu Öndərin xatirəsi həmişə anılacaq"

11 Dekabr 2017 14:57

"Ulu Öndərin xatirəsi əsrlərlə anılacaq. Çünki Ümummilli Lider dünyada əvəzsiz şəxsiyyət olmaqla yanaşı, həyatını insanların azadlığı, səadəti, yaxşı yaşaması, Azərbaycanın tərəqqisi, müstəqil olması üçün həsr edib”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Səfir: "Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra da işləyəcək"

11 Dekabr 2017 14:50

"Hər bir icmanın iqtisadi, sosial və mədəni cəhətdən inkişafı üçün problemlərin davamlı və danışıqlar yolu ilə həllə nail olmaq son dərəcədə vacibdir". Məlumata görə, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndələrinin, eləcə də jurnalistlərin Tərtər rayonuna təşkil olunmuş səfəri zamanı Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez deyib.

Ankara-Moskva siyasi ittifaqı qurulur

11 Dekabr 2017 13:22

“Putin -Ərdoğan görüşü Yaxın Şərqdə, xüsusilə Suriya böhranında iki ölkənin bundan sonrakı fəaliyyəti və siyasi-hərbi-texniki əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, artıq Ankara-Moskva siyasi ittifaqı qurulur: “Bu İttifaq ABŞ başda olmaqla Qərbə qarşı formalaşır.

Qənirə Paşayeva İraqda Qarabağdan danışdı

11 Dekabr 2017 12:51

İraqda səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva bu ölkənin dövlət televiziyasına, El İrakiya, El Reşid, El Hura İrak, Al Mashrik, Al İrakiye, Al Turkmaniye telekanallarına, bir sıra radiolara, qəzet və xəbər agentliklərinə müsahibəsində və Al İraqiye Al Turkmaniye dövlət televiziyasının canlı yayımında Azərbaycan həqiqətləri, xüsusilə Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti barədə danışıb.