Siyasət
Deputatlarımız MDB-nin tədbirinə qatılacaqlar
Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə MDB-yə üzv dövlətlərin XII yaradıcı və elm ziyalıları forumunda iştirak etmək üçün bu gün Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcəklər. Milli Məclisdən “Olaylar”a verilən xəbərə görə, MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkil etdiyi tədbir “MDB ölkələrində ailə dəyərləri və ənənələrinin möhkəmləndirilməsində humanitar əməkdaşlığın rolu” mövzusuna həsr olunub.
Azər Badamov: “Ulu Öndər xalqın yaddaşında Azərbaycanın qurucusu kimi qalıb”
“Ulu Öndər xalqımızın yaddaşında Azərbaycanın qurucusu kimi qalıb və bu hər zaman belə olacaq. Çünki bugünkü Azərbaycan dövlətinin mövcudluğu məhz Ümummilli Liderin adı ilə bağlıdır”. Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.
Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev dekabrın 11-də Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Dağlıq Qarabağ tənzimlənməsindəki Rəsmi Yerevanın yalanlarını ifşa edən 13 parametr"
Ermənistan Xİ naziri E.Nalbandyan ATƏT-in Vyana ministerialında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinin 9 səbəbini göstərdi və bütün günahları Azərbaycanın üzərinə qoydu. Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın mövqeyi beynəlxalq hüququn, dinc qonşuluğun əleyhinədir.
Tramp hər gün 4-8 saat televizora baxır
Türkiyə Prezidenti Azərbaycanın dövlət başçısını İƏT-in Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısına dəvət edib
Dekabrın 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti dövlətimizin başçısını İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib.
Abbasəli Həsənov səfir vəzifəsindən geri çağırılıb
Azərbaycanın Xorvatiyada yeni səfiri təyin edilib
Prezident İlham Əliyev Fəxrəddin İsa oğlu Qurbanovun Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanın Tacikistan və Xorvatiyadakı səfirləri geri çağırıldı
Prezident İlham Əliyev Abbasəli Həsənovun Azərbaycanın Tacikistanda səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
TürkPA-nın yeni baş katibi seçildi
Altınbek Mamayusupov Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) Şurasının baş katibi seçilib. Bu barədə qərar TürkPA Şurasının VII iclasında qəbul edilib. Bütün iştirakçılar A.Mamayusupovun namizədliyini dəstəkləyiblər.
Ermənistan sülh səylərini pozur
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri şurasının 24-cü iclasında çıxış edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir bildirib ki, Ermənistan xarici işlər naziri və ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə saatlarla danışıqlar aparılıb:“Substantiv, nəticə yönümlü danışıqların bu kimi canlanması ehtiyatlı nikbinlik üçün səbəbdir. 16 oktyabr 2017-ci ildə Azərbaycan və Ermənistan Prezidentlərinin Cenevrə görüşü doğru istiqamətdə atılmış addım idi. Sözügedən görüş sübut etdi ki, substantiv danışıqların yenidən başlanması üçün ön şərtin irəli sürülməsi cəhdləri uğursuzluğa məhkumdur. Görüşün ardınca, Azərbaycan həmsədrlərlə birlikdə münaqişənin həlli istiqamətində Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdıracaq yolların tapılması məqsədilə substantiv məsələlərə diqqəti yönəldib. Buna baxmayaraq, regiondakı bəzi qüvvələrin qəbulolunmaz və qeyri-davamlı status-kvo vəziyyətinin dəyişdirilməsinə yönəlmiş zəruri siyasi addımlar atmaqda maraqlı olmaması ciddi narahatlıq doğurmaqda davam edir.
Elmar Məmmədyarov macarıstanlı həmkarı ilə görüşüb
ATƏT -in Nazirlər Şurasının 24-cü iclasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın və siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub.
Elmar Məmmədyarov Finlandiya xarici işlər naziri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 24-cü iclası çərçivəsində Finlandiya Respublikası xarici işlər naziri Timo Soini ilə görüşüb. “Olaylar” xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırki səviyyəsi nəzərdən keçirildi və əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinə toxunulub. Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyini qeyd ediblər.
“Bu Azərbaycanda siyasi hakimiyyətin cəmiyyət içində legitimliyinin nəticəsidir”
ING maliyyə holdinqinin (Niderland) tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycanda aparılan sorğunun nəticələrinə görə, vətəndaşların 81%-i hökumətə etibar edir.
"Azərbaycan torpaqları azad olunmalıdır" - Sudanın yeni səfiri İlham Əliyevə belə deyib
Azərbaycan Prezidenti İlham Əliyev Bu gün Sudanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallayın etimadnaməsini qəbul edib. Səfir Abbas Mustafa Əhməd Abdallay fəxri qarovul dəstəsinin qarşısından keçib. Abbas Mustafa Əhməd Abdallay etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.














