Siyasət

Elmar Məmmədyarov macarıstanlı həmkarı ilə görüşüb

8 Dekabr 2017 17:20

ATƏT -in Nazirlər Şurasının 24-cü iclasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın və siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub.

Elmar Məmmədyarov Finlandiya xarici işlər naziri ilə görüşüb

8 Dekabr 2017 17:19

Xarici işlər naziri Elmar Məmmədyarov Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 24-cü iclası çərçivəsində Finlandiya Respublikası xarici işlər naziri Timo Soini ilə görüşüb. “Olaylar” xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırki səviyyəsi nəzərdən keçirildi və əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinə toxunulub. Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

“Bu Azərbaycanda siyasi hakimiyyətin cəmiyyət içində legitimliyinin nəticəsidir”

8 Dekabr 2017 16:26

ING maliyyə holdinqinin (Niderland) tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycanda aparılan sorğunun nəticələrinə görə, vətəndaşların 81%-i hökumətə etibar edir.

"Azərbaycan torpaqları azad olunmalıdır" - Sudanın yeni səfiri İlham Əliyevə belə deyib

8 Dekabr 2017 16:24

Azərbaycan Prezidenti İlham Əliyev Bu gün Sudanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallayın etimadnaməsini qəbul edib. Səfir Abbas Mustafa Əhməd Abdallay fəxri qarovul dəstəsinin qarşısından keçib. Abbas Mustafa Əhməd Abdallay etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

İlham Əliyev Xarici Kəşfiyyatla bağlı sərəncam imzaladı

8 Dekabr 2017 16:22

“Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsinə dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Azərbaycan vətəndaşları hökumətə etibar edir

8 Dekabr 2017 16:08

Xəbər verildiyi kimi, Avropa İttifaqının (Aİ)  “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb. Sorğunun nəticələrinə əsasən, rəyi soruşulan Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis (MM) isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.

Bahar Muradova: “Azərbaycanda qəbul olunan qanunlarda hüquqların bərabərliyi əsas götürülüb”

8 Dekabr 2017 15:50

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları müəyyən istisnalarla ölkə vətəndaşlarının hüquqları kimi qorunur və bu hüquqlar qanunla müəyyən edilir.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Lavrovdan Qarabağ AÇIQLAMASI: “Münaqişənin həlli ilə bağlı prinsipləri təsdiqlədik”

8 Dekabr 2017 15:25

“Qəbul etdiyimiz bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həllinin əsaslanmalı olduğu prinsiplərini təsdiqlədik”. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. Lavrov qeyd edib ki, bəyanat digər həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə qəbul edilib. 

İşğal altında olan ərazilərdəki tarixi-mədəni abidələri özününküləşdirmə siyasəti

8 Dekabr 2017 15:22

Ermənistanın Azərbaycan ərazilərini işğala məruz qoyması nəticəsində yüzlərlə mədəni-tarixi abidələr, eləcə də məscid və digər ibadət məkanları erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb. Bu kimi tarixi-mədəni abidələr ya yer üzündən silinməyə çalışılıb, ya da həmin abidələrin erməniləşdirilməsi istiqamətində ciddi cəhdlərdə bulunub. Xüsusilə, ermənilər Şuşada bu istiqamətdə ciddi cəhdlə çalışmaqdadırlar.

ATƏT-in Nazirlər Şurasının Vyana toplantısı, həmsədrlərin ənənəvi açıqlamaları...

8 Dekabr 2017 13:52

Görünən odur ki, 2017-ci il də Dağlıq Qarabağ proibleminin həlli istiqamətində hər hansı bir müsbət dəyişikliyin baş vermədiyi il kimi yadda qalmaqdadır. Buna səbəb isə birmənalı olaraq münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupuna üzv ölkələrin. eləcə də həmin qrupda təmsil olunan həmsədrlərin uğursuz fəaliyyətidir. Və bir çox hallarda münaqişənin həllinə həm həmsədr dövlətlər, həm də onların təmsilçilərinin qeyri-obyektiv, qərəzli yanaşmasıdır. Baxmayaraq ki, dildə dövlətlərin və ölkələrin ərazi bütövlüyünün təmin olunmasının vacibliyini qeyd edirlər.

Deputat: "Leyla Yunus həmişə Azərbaycan əleyhinə iş apararaq maraqları naminə hər kəsi satıb"

8 Dekabr 2017 12:52

Leyla Yunus həmişə Azərbaycan əleyhinə iş aparıb, öz maraqları naminə hər kəsi satıb. Bunu Milli Məclisin deputatı Sahib Alıyev bu gün "Leyla Yunusun parlaqlığı və səfaləti" adlı kitabın təqdimatında deyib.

Zakir Həsənov hərbi nəşriyyatda olub

8 Dekabr 2017 12:42

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi nəşriyyat, Sənədli və tədris filmləri kinostudiyası, eləcə də “Azərbaycan Ordusu” qəzeti redaksiyasında olub. “OLAYLAR”-ın xəbərinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi tabelikdə olan müəssisələrdə, xidməti və inzibati otaqlarda, həmçinin kinostudiyanın çəkiliş pavilyonunda yaradılmış şəraitlə tanış olub.

Deputat: Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın

8 Dekabr 2017 12:19

Leyla Yunus heç zaman hər hansı bir vətəndaşın hüquqlarını müdafiə etməyib, hər hansı bir məhbusun azadlığa qovuşmasında rol oynamayıb. Məlumata görə, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə bu gün “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın təqdimatında deyib.

Mübariz Əhmədoğlu: "BTQ dəmir yolunun işə düşməsi erməni mühitində ciddi müzakirə obyekti oldu"

8 Dekabr 2017 11:54

Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi rəsmi Yerevan da daxil olmaqla erməni mühitində ciddi müzakirə obyekti oldu: