Siyasət
Mübariz Əhmədoğlu: "BTQ dəmir yolunun işə düşməsi erməni mühitində ciddi müzakirə obyekti oldu"
Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi rəsmi Yerevan da daxil olmaqla erməni mühitində ciddi müzakirə obyekti oldu:
Düşmən 142 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 142 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Bakı Media Mərkəzinin filmi Los Ancelesdə təqdim olundu
Heydər Əliyev Fondunun dəstəyilə çəkilmiş “Bir Günəş Altında” filminin ABŞ premyerası Los Ancelesdə uğurla keçib. Olaylar.az bildirir ki, Kaliforniyanın Los Anceles şəhərinin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində Azərbaycanın multikulturalizm, müxtəliflik və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.
Prezident İlham Əliyev Sudanın yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev bu gün Sudan Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallayın etimadnaməsini qəbul edib.
Nazir müavini: Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji vəziyyət təhlükədədir
Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi nəticəsində həm Cənubi Qafqaz regionunda, həm də ölkəmizin işğal olunmuş ərazilərində ekoloji vəziyyət təhlükə altındadır.
Azərbaycan Prezidenti: "Qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq"
"Qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq". Dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat" Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Kompleksin əməkdaşları ilə görüşü zamanı deyib.
Prezident İlham Əliyev Qubaya 3 milyon manat ayırdı
Prezident İlham Əliyev Quba şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Quba rayonunda sosialyönümlü bir sıra mühüm layihələr həyata keçirilmiş, o cümlədən "ASAN Həyat" Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Quba Soyqırımı Memorial Kompleksi, Bayraq Muzeyi, "Yaşıl teatr", Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 118 mənzilli 4 yaşayış binası inşa edilmiş, xalçaçılıq müəssisəsi yaradılmış, ən müasir tələblərə cavab verən turizm obyektləri, təhsil ocaqları istifadəyə verilmişdir. Bununla yanaşı, Quba şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, "Şahdağ" Elektrik Stansiyası istismara verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
İlham Əliyev: "Bu ilin əvvəlindən 250 min xarici vətəndaş "ASAN viza"dan istifadə edərək Azərbaycana gəlib"
"Bu ilin əvvəlindən 250 min xarici vətəndaş "ASAN viza"dan istifadə edərək Azərbaycana gəlib". Dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat" Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Kompleksin əməkdaşları ilə görüşü zamanı deyib.
Prezident İlham Əliyev: "ASAN xidmət" korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir
"ASAN xidmət" korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir. Dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat" Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Kompleksin əməkdaşları ilə görüşü zamanı deyib.
Rəsmi Bakı Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqu dəstəkləyir
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in 24-cü Nazirlər Şurası çərçivəsindəAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
“İşğalçı ölkənin siyasəti silahlanmaq və işğalı davam etdirməkdən ibarətdir”
“Vyanada ATƏT-ın Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəticəsiz başa çatdı. Bu danışıqlarda münaqişənin həlli ilə bağlı masada olan həll formullarının detalları müzakirə edilsə də, əsas olaraq münaqişənin həllində irəlləyiş əldə olunmadı”.
Ərdoğan: "Ermənistan özünü bütün enerji və digər regional layihələrdən təcrid edib"
Erməni diasporunun girovu olan Ermənistan özünü bütün enerji, nəqliyyat və digər regional layihələrdən təcrid edib. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, erməni diasporunun təzyiqi ilə Yerevan həm də Türkiyə ilə bütün dostluq imkanlarının önünü kəsib.
Aİ yanvarda Azərbaycanla saziş imzalanacağına ümid edir
Avropa İttifaqı (Aİ) 2018-ci ilin yanvar ayının ikinci yarısında Azərbaycanla aviasiya sazişinin imzalanacağına ümid edir. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
Hüquq müdafiəçiləri prezident İlham Əliyevə müraciət edib
Litva XİN: Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyi təhdid edir
ATƏT regionunda həll olunmamış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyi təhdid edir. Bunu Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Litvanın xarici işlər naziri Linas Linkyaviçyus deyib.














