Aydın Mirzəzadə: "Azərbaycan Avropa ilə Asiya arasında möhkəm bir körpü saldı"

“Nəzər alsaq ki, “İslam Həmrəyliyi”nin 3-cü buraxılışı keçirilməmişdi və əvvəlki 2 oyun başlanğıc idi, 4-cü oyunlar bu tədbirin və Azərbaycanın bütün möhtəşəmliyini ortaya qoydu”.

"Nəzər alsaq ki, "İslam Həmrəyliyi"nin 3-cü buraxılışı keçirilməmişdi və əvvəlki 2 oyun başlanğıc idi, 4-cü oyunlar bu tədbirin və Azərbaycanın bütün möhtəşəmliyini ortaya qoydu".

Bu sözləri  millət vəkili Aydın Mirzəzadə 2017-ci ildə ölkəmizdə təşkil edilən "IV İslam Həmrəyliyi Oyunları"nın əhəmiyyətini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, bu yarışlar təkcə regionda deyil, beynəlxalq platformada Azərbaycanın əhəmiyyətini ortaya qoydu:

"2017-ci ilin ən parlaq hadisələrindən biri də Azərbaycanda IV "İslam Həmrəyliyi Oyunları"nın keçirilməsi oldu. Bu təkcə Azərbaycan və region üçün deyil, dünya miqyasında çox əhəmiyyətli hadisələrdən biri hesab edildi.

Oyunların təşkili, bütün idmançılara yaradılan şərait, idman əhval-ruhiyyəsinin bütün ölkədə hiss edilməsi iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Yarışlara gələn 53 ölkənin nümayəndəsi oyunların ev sahibi haqqında ən yüksək fikirləri söylədilər.

"İslam Həmrəyliyi Oyunları"nın ölkəmizdə təşkil edilməsi Azərbaycanın daha böyük və genişmiqyaslı tədbirlərə, o cümlədən, Dünya Olimpiadasına ev sahibliyi etməyə hazır olduğunu ortaya qoydu. Daha əvvəl Azərbaycanda I Avropa Oyunları da keçirilmişdi. Və ölkəmiz yeganə məkandır ki, məhz bu oyunlarda Avropa ilə Asiya arasında möhkəm bir körpü saldı.

Azərbaycan multikultural dəyərlərə yiyələndi, bəşəriyyətin ən gözəl dəyərlərini özündə birləşdirə bilmək bacarığını sərgilədi. "İslam Həmrəyliyi Oyunları" Azərbaycanın tarixi-mədəni keçmişinə və bu keçmişdən gələn irsi ənənələrə sadiq qaldığını göstərdi. Məhz bu səbəbdən də ötən il "İslam Həmrəyliyi Oyunları" elan edildi və bu çərçivədə ölkəmizin İslama bağlılığı, bu mədəniyyətin zənginləşdirilməsinə verdiyi töhfə də bir daha parlaq şəkildə görüldü. 2017-ci ilin nəticələri sübut etdi ki, Azərbaycan öz müstəqillini möhkəmləndirməkdə, Dünya Birliyində layiqli yer tutmaqda, ən əsası, özünün suveren hüquqlarını yüksək səviyyədə müdafiə etməkdədir.

Bu yarışlara minlərlə idmançı qatıldı, on minlərlə tamaşaçı baxdı. Telekanallar vasitəsilə milyonlarla insan bu yarışların canlı şahidinə çevrildi. Ölkənin idman resurslarının geniş olduğu görüldü və böyük yarışların təşkil edilməsi təcrübəsi digər ölkələr tərəfindən öyrənilməyə başlandı. Azərbaycanın bir idman ölkəsi kimi dünyada tanınması artıq bir reallıqdır". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31