Ukrayna 1500 əcnəbiyə qadağa qoydu
13 Yanvar 2018 21:20 SiyasətUkrayna Krıma səfər etdiyinə görə 1500 əcnəbiyə ölkəyə girişi qadağan edib.
Axar.az xəbər verir ki, 2017-ci il ərzində Ukraynanın müvəqqəti işğal olunmuş ərazisinə daxil olduğuna görə təxminən 2,3 min inzibati protokol tərtib edilib.
Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata görə, 2018-ci ilin əvvəlindən bu günə kimi Ukrayna qanunvericiliyini pozaraq Krımı ziyarət edən şəxslərin sayı 30-dan çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31