İsa Qəmbər xəstəxanaya yerləşdirildi

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib.

Müsavat başqanı Arif Hacılı "Report"a açıqlamasında deyib ki, bu gün İ.Qəmbərin ürəyində narahatlıq yaranıb və kardioloqa müraciət edib: "Həkim İsa Qəmbərə ürəyini anju etdirməyi məsləhət görülüb. Daha sonra Mərkəzi Klinikada müayinədən keçib. Müayinələrdən sonra onun ürəyində problemlərin olduğu məlum olub. İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur və özünü yaxşı hiss edir".

Onun sözlərinə görə, İ.Qəmbər iki gün xəstəxanada qalmalı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31