Siyasət
Minlərlə iranlı yenə hakimiyyətə dəstək mitinqlərinə çıxdı
Səudiyyədə yeni həbs dalğası başlayıb - Daha 11 şahzadə...
Rasputinin qorxunc 9 ÖNCƏGÖRMƏSİ: bizi hansı DƏHŞƏTLƏR GÖZLƏYİR?
Prezident İlham Əliyev Xaçmazda yol tikintisi ilə bağlı sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Tərtərdə qumbara tapıldı
Tərtər rayonu ərazisində 1 ədəd əl qumbarası tapılıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Yuxarı Qaradağlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
Bu əməliyyatın banisi Heydər Əliyev idi - Polkovnik
1994-cü ilin qışında baş verən Horadiz döyüşləri Azərbaycan xalqının qürur mənbəyidir. Məlumata görə, bunu uğurlu Horadiz əməliyyatlarına komandirlik etmiş ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Polkovnik bildirib ki, bu döyüşlər Azərbaycan xalqının qürur mənbəyidir: "Bu uğurlu əməliyyatın banisi ümummili lider Heydər Əliyev idi. Ulu öndərin çağırışlndan sonra heyət səfərbər oldu və hücum əməliyyatları həyata keçirildi".
Deputat: “2018 münaqişənin həllində dönüş nöqtəsi ola bilər”
“2018-ci ilə qədəmlərimizi 2017-ci ildə qazanılmış nailiyyətlər və möhkəm təməllər əsasında qoymuşuq. Cari ildə icra olunacaq layihələr və müəyyən olunmuş hədəflərin əhatə dairəsi daha genişdir”. Bunu millət vəkili Azər Badamov deyib.
“Azərbaycan məsələnin bu cür qoyuluşu ilə razılaşa bilməz”
“Ölkələrin ATƏT-ə sədrliyi çox qısa bir müddət təşkil edir. Yarım il ərzində hansısa məsələnin həllində radikal dəyişiklik etmək olmur”. Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə İtaliyanın təşkilata sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyini şərh edərkən deyib.
AŞPA-dakı nümayəndə heyətimiz qış sessiyasına yeni tərkibdə gedəcək
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, təşkilatın yanvar sessiyasına Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə gedəcək. Milli Məclisdən bildirilib ki, təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaqlar.
Eyni şəbəkədən idarə olunanlar
Beynəlxalq aləmdə Azərbaycan barədə mənfi rəy formalaşdırmaq, ölkəmizin imicinə xələl gətirmək istiqamətində radikal müxalif düşərgə və bu düşərgənin “aktivisitləri” öz çirkin fəaliyyətlərini davam etdirirlər. Bu və ya digər beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu reytinq agentlikləri və araşdırma mərkəzləri başa vurduğumuz 2017-ci ilin siyasi, iqtisadi və sosial sferasını dəyərləndirərək qeyd edilən sahələr üzrə Azərbaycanda daha çox inkişafın baş verdiyini müsbət tendensiya kimi qiymətləndirib bunu öz illik hesabatlarına daxil etdikləri halda, radikallar tam əks arqumentdən çıxış edərək ictimaiyyəti aldatmağa, cəmiyyətdə, eyni zamanda beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışırlar. Bu prosesdə isə onların yardımına sosial şəbəkələr, eləcə də təsis etdikləri bəzi informasiya resursları toxunur.
Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu birgə tədbirlər planı imzalayıb
2018-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.
“Cəmil Həsənlinin neçə sifəti var imiş?!”
“Cəmil Həsənli deputat olanda Prezident İlham Əliyevə yaltaqlanmaq üçün qalaq-qalaq kitab yazırdı. Kitablarında Azərbaycanın Qafqazda lider dövlət olduğunun səbəkarı kimi cənab İlham Əliyevin lider olduğunu yazırdı”. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
.jpg)













