Siyasət
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev İsa Peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib. Məlumata görə, təbrikdə Azərbaycanda tarixən sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin mövcudluğunun, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasının çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə ümummilli mənəvi-ictimai dəyərlərin, zəngin multikulturalizm və dözümlülük ənənələrinin formalaşmasında, vətəndaş həmrəyliyinin bərqərar edilməsində müstəsna rol oynadığı bildirilir:
Ağdamda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb
Prezident İlham Əliyev Ağdam rayonunun Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
BAXCP rəsmisi: “25 il radikal müxalifətdə qalmaq təcrübəsi yoxdur" MÜNASİBƏT
“Radikal müxalifət üçün 2018-ci il də heç bir perspektiv görsənmir. Bu il radikal müxalifətin 25 illiyi tamam olacaq. Məncə, bu il ancaq onlar üçün "yubley" ili kimi yadda qalacaq. Əslində bu fikrim ironiya olsa da, real həqiqətə söykənir”. Bunu açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Patriarx Kirill: Prezident İlham Əliyev Azərbaycanın firavanlığı naminə bütün gücünü sərf edən dövlət lideridir
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Zati-aliləri, möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Prezident: Tatarıstan və Azərbaycan arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin səmərəli inkişafı davam edəcək
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Politoloq: "İrandakı etirazlar əvvəlcədən planlaşdırılmışdı"
Artıq İranda hökumət əleyhinə keçirilən etirazlar başa çatıb. Rəsmi məlumata görə, ölkə üzrə iğtişaşlarda 15 min nəfər iştirak edib. İrandakı hadisələr son günlər dünyanın ən aktual mövzusuna çevrilib. Rəsmi Tehran iğtişaşlara görə ABŞ və digər Qərb ölkələrini, Amerika prezidenti Donald Tramp isə İran rəhbərliyinin yürütdüyü siyasəti sərt tənqid edir.
Hazırkı status-kvo Ermənistanın xeyrinədər
Erməni cəmiyyəti 2016-cı ilin aprelində itirdikləri "Lələtəpə" ni geri qaytarmaq haqqında qızğın müzakirələr aparır, Azərbaycanın yeni ərazilərini işğal etməyi belə xəyallarından keçirirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Qarabağda növbəti təxribatlara hazırlaşır.
20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqləndi
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.
Üç deputat AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib. Məlumata görə, Milli Məclisin bir neçə deputatı Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibindən çıxarılıb.
Aydın Mirzəzadə: “2018-ci ilin məxsusi hadisəsi Prezident seçkiləridir”
“Ümumiyyətlə hər bir il əvvəlkinin məntiqi davamıdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan uğurlu müstəqil dövlətçilik kursu ildən-ilə öz müsbət nəticələrini verir. Bu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən də Azərbaycanın milli maraqlarına və dünyanın müasir tələblərinə uyğun olaraq davam etdirilməsi ölkəmizə hər il uğur gətirir. Bu uğurun nəticəsi 2018-ci ildə davam edəcək. Azərbaycanda stabillik möhkəmlənəcək, iqtisadiyyatımız güclənəcək, ölkəmizin beynəlxalq aləmdə nüfuzu durmadan artacaq. Eləcə də Azərbaycanla dost olmaq, ölkəmizlə birgə layihələr görmək istəyən dövlətlərin sayı durmadan artacaq. Azərbaycan yenə əvvəlki illər kimi özünün diplomatik imicini qoruyub saxlayacaq”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Ermənistan hakimiyyəti o zaman ayılacaq ki... ANALİTİK
Ermənistanın müxtəlif ictimai-siyasi dairələri son zamanlar regionda, xüsusilə qonşu İranda baş verən hadisələr fonunda ölkədə yeni qarşıdurmaların yaşanması ehtimallarını qiymətləndiriblər. Daha dəqiq desək, Serj Sarkisyanın uğursuz siyasəti əsnasında bəzi fikirlər maraq doğurmaqdadır. SİA xəbər verir ki, bu haqda ölkənin aparıcı informasiya saytlarından olan “1in.am”ın rusdilli analitika bölməsində siyasi şərhçi Sarqis Artsruni yazıb.
Ermənilər 105 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 105 dəfə pozub.
Silahlı Qüvvələrə Yardım Fonduna nə qədər vəsait toplanıb?
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 yanvar 2018-ci il tarixədək 88.008.970,18 AZN, 212.873,88 ABŞ dolları, 9536,0 avro və 5000,0 rubl vəsait daxil olub. “OLAYLAR” xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.














