Siyasət

NATO: “Azərbaycanın bu qərarını alqışlayırıq”

8 Yanvar 2018 16:07

NATO və Azərbaycanın uzunmüddətli partnyorluğu mövcuddur. Bu gün bu əlaqə praktiki əməkdaşlığın müxtəlif sahələrini, təhlükəsizlik institutlarında islahatlar, Sovet İttifaqından qalma sursat və partlamamış minaların təhlükəsiz şəkildə aradan qaldırılması, Əfqanıstanda stabilliyin təmin edilməsinə yardım etmək, enerji təhlükəsizliyi, imkanların inkişaf etdirilməsi daxildir.

Gürcüstanda keçirilən bələdiyyə seçkilərində ermənilərin separatçı fəaliyyəti

8 Yanvar 2018 16:04

2017-ci ilin oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına (bələdiyyə) seçkilər keçirildi. Mübarizə meydanında hansı ictimai-siyasi qüvvələrin fəaliyyət göstərməsi daha çox maraq kəsb edir.

İran XİN-in sözçüsü ABŞ-ı hədələyib

8 Yanvar 2018 15:48

“Bizim masamızın üzərində bütün variantlar var və ABŞ-ın alacağı qərara uyğun olaraq onlardan birini tez bir zamanda icra edəcəyik”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi ABŞ-ın İran və “altılıq” ölkələri arasında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planından (HBFP) çıxa biləcəyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Azərbaycan prezidenti bir sıra ölkələrin səfirlərinin etimadnamələrini qəbul edib

8 Yanvar 2018 14:39

Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qənirə Paşayeva beynəlxalq təşkilatların nümayəndələrini ölkəmizə dəvət edib

8 Yanvar 2018 13:35

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Biznes və Peşəkar Qadınlar Təşkilaatının prezidenti AMANY ASFOUR, Beynəlxalq Ticarət Təşkilatının rəsmi nümayəndəsi Vanessa Erogbagbo, AŞPA-nın Bərabərlik və Diskriminasiya Əlehinə Komitəsinin sədri Elene Centemeroilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Prezidentin liderlik keyfiyyətləri gənclərə öyrədilir

8 Yanvar 2018 13:34

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqənin qalibi olmuş Cəbrayıl Fərzəliyev "Planetar təfəkkürlü lider" adlı layihənin ikinci tədbiri keçirilib.

Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib

8 Yanvar 2018 13:30

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi səfir Pərvin Mirzəzadə Bosniya və Herseqovina (mənzil qərargahı Ankara), Monqolustan (mənzil qərərgahı Ankara ), Nigeriya (mənzil qərərgahı Tehran) və Ekvatorial Qvineyanın (mənzil qərargahı Moskva) Azərbaycan Respublikasına akkreditə olunmuş yeni səfirlərinin etimadnamələrinin surətlərini qəbul edib. Bu haqda XİN-dən məlumat verilib.

Azər Həsrət: “Azərbaycan özünün siyasətini yürütməkdə israrlıdır” 

8 Yanvar 2018 12:49

“2017-ci il əvvəlki illərlə müqayisədə heç də zəif təsir bağışlamadı əksinə daha instensiv il kimi yaddaşlara hopdu. Çünki Azərbaycan istər qlobal, regional səviyyədə, istərsə də ölkə daxilində aparılan siyasət baxımından dünyanın diqqət mərkəzində oldu”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

"Münaqişənin həlli ilə bağlı hücumedici addımlar atmalıyıq"-  ŞƏRH

8 Yanvar 2018 12:48

“Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı vəziyyət qeyri-adidir. Bir çox ölkələr Ermənistanın nazı ilə onadığı üçün düşmən ölkə beynəlxalq hüquq normalarına əməl etmir. Çox təəssüf ki, ATƏT-in Minsk qrupu da buna müəyyən biganəlik nümayiş etdirir”. Bunu  politoloq Fikrət Sadıqov deyib.

“Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkədir” 

8 Yanvar 2018 12:47

“Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət haqqında geniş danışmaq və təhlillər aparmaq olar”. Bunu  millət vəkili Musa Qasımlı deyib. “Qısaca olaraq onu söyləmək lazımdır ki, İlham Əliyev ölkə daxilində apardığı islahatlar və müasirləşmə siyasəti ilə haqlı olaraq xalq arasında qurucu Prezident kimi sevilir və müdafiə olunur.

Müxalifətin sosial şəbəkələrdə seçki manipulyasiyası

8 Yanvar 2018 12:23

Məlum olduğu kimi, Azərbaycanda 2018-ci ildə növbəti prezident seçkiləri keçiriləcək. Seçkiyə xeyli müddət qalmasına baxmayaraq, bir sıra müxalifyönümlü “Facebook” səhifələrində virtual seçkilər keçirilir.

Mövqelərimiz 125 dəfə atəşə məruz qalıb

8 Yanvar 2018 11:22

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Məzəm, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdərə faktoru Dağlıq Qarabağ tənzimlənməsində yeni vəziyyət yaradıb

8 Yanvar 2018 11:15

Ağdərə faktoru Dağlıq Qarabağ münaqişəsinin həllində yeni vəziyyətin yaranmasına səbəb ola bilər. Bəlkə də bu artıq belədir. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın işğaldan azad etdiyi torpaqların bir qismi Ağdərə rayonun inzibati ərazisinə daxildir.