Siyasət
Prezident İlham Əliyev Fərhad Babayev və Arif Əzizovu "Şöhrət" ordeni ilə təltif edib
Prezident İlham Əliyev F.A.Babayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bolqarıstan prezidenti Azərbaycan dövlət başçısına zəng edib
Bolqarıstan prezidenti Rumen Radev yanvarın 9-da Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir ki, Rumen Radev dövlət başçısını Yeni il münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bolqarıstan prezidenti, eyni zamanda, bu yaxınlarda Bakıdan Sofiyaya birbaşahava xəttinin açılması ilə bağlı prezident İlham Əliyevə minnətdarlığını bildirərək, bunun iki ölkə arasında əlaqələrin möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Qənirə Paşayeva Mavritaniyanın prezidenti ilə görüşüb
Millət vəkili Qənirə Paşayeva Mavritaniyanın prezidenti xanım Ameenah Gurib və İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vega ilə görüşündə Qarabağ həqiqətləri haqqında danışıb.
Fikir və söz azadlığından sui-istifadə edib şər-böhtan atanlar
AntiAzərbaycan şəbəkə yenə də öz ənənəsinə sadiq qalaraq ölkəmizə qarşı çirkin kampaniyasını davam etdirir. Bir qayda olaraq seçki ilində hərəkətə keçən bu qüvvələr ölkəmiz üçün mühüm siyasi əhəmiyyət kəsb edən həmin proses ərəfəsində Azərbaycanı gözdən salmağa, siyasi imicinə zərbə vurmağa çalışırlar.
“Bakının beynəlxalq sülh platformalarından biri olması asanlıqla həzm edilməyəcək”
NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov ilə bu ay Bakıda görüş keçirəcək. Bu uzun müddətdən sonra ilk dəfə NATO BSQ rəhbərinin rusiyalı həmkarı ilə keçirəcəyi görüş kimi qiymətləndirilir.
BQXK əməkdaşları Azərbaycanda saxlanılan erməni diversantlara baş çəkdi
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan tərəfində saxlanılan şəxslərə ötən ay baş çəkib: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın".
Gerasimovun mühüm Bakı səfəri: Müharibə ehtimalı...
NATO və Rusiyanın yüksək rütbəli şəxslərinin görüş yeri olaraq növbəti dəfə Bakını seçməsi çox əlamətdar bir hadisədir. Bu o deməkdir ki, Bakı hər iki tərəf üçün məqbul şəhərdir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limani kompleksində RO-RO terminalının açılışı olub
Prezident İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limani kompleksində RO-RO terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.
AŞ PA-nın qış sessiyasının vaxtı bəlli oldu
Avropa Şurası Parlament Asammbleyasının (AŞPA) qış sessiyası yanvarın 22-26 tarixdə keçiriləcək. Bu barədə məlumat verən Azərbaycanın Avropa Şurası Parlament Asammbleyasında nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun bildirdiyinə görə, qış sessiyasında qurumun yeni Prezidenti, Avropanın insan hüquqları üzrə yeni müvəkkili və Avropa İnsan Hüquqları Məhkəməsinin İspaniyadan olan hakimi seçiləcək. Deputat bildirib ki, sessiya ərzində Danimarka Şahzadəsinin, baş nazirinin və Ermənistan prezidentinin çıxışları nəzərdə tutulur. Sessiyada Vüsal Hüseynovla deputat Sevinc Fətəliyevanın da hazırladığı məruzə hesabatı təqdim ediləcək.
Cəbhədən son xəbər
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.
Aİ-nin nümayəndəsi müşavirə keçirəcək
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini yanvarın 11-də Brüsseldə Almaniya, Böyük Britaniya, Fransa və İranın XİN başçıları ilə müşavirə keçirəcək.
Nazirlər Kabinetində yerdəyişmələr olub
NATO rəsmisi generalların planlaşdırılan Bakı görüşünü şərh edib
“NATO və Rusiya açıq hərbi əlaqələr xəttini dəstəkləyir. Bu bizim hərbi fəaliyyətimizdə proqnozlaşdırmanı və şəffaflığın inkişafına təkan verməyi hədəfləyib". Bu sözləri NATO hərbi rəsmisi NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparroti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında yanvar ayında Bakıda gözlənilən görüşlə bağlı sualı şərh edərkən deyib.
Əli Həsənov: ""Ermənistan hakimiyyəti qeyri-konstruktiv mövqe tutmaqda davam edir"
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.
Müdafiə naziri zabitlərlə görüşüb
Yanvarın 8-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitləri və psixoloqlarla keçirilən təlim-metodiki toplantıya cəlb olunan heyətlə görüşüb.














