Siyasət

Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə edildiyi məkana çevrilib

10 Yanvar 2018 14:37

Dünyanın, eləcə də bölgənin təhlükəsizliyinə böyük töhvə verən Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə edildiyi məkana çevrilməkdədir. Artıq dünyanın təhlükəsizlik problemini həll edə biləcək məsələlər Azərbaycan paytaxtında masa üzərinə qoyulmaqdadır. Məlumat üçün qeyd edək ki, nüfuzlu "BuzzFeed" portalı NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparroti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında yanvar ayında Bakıda görüşün keçiriləcəyini yazıb. Bəs, generalların Bakı görüşünün əhəmiyyəti nədən ibarətdir və niyə generallar görüş üçün məhz Azərbaycan paytaxtını seçiblər?

Ermənistanın beynəlxalq aləmdə mövqeləri zəifləyir

10 Yanvar 2018 14:36

Siyasi İnnovasiyalar və Texnonogiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu 2017-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Ötən il dünyada və yerləşdiyimiz coğrafiyada bir sıra mühüm hadisələrin baş verdiyini diqqətə çatdıran SİTM rəhbəri əsas diqqəti Ermənistana yönəldib. Keçən il də İrəvanın əvvəlki illərdə olduğu kimi diplomatiya sahəsində müstəqil siyasət həyata keçirə bilmədiyini deyən Mübariz Əhmədoğlu bildirib ki, Ermənistan yenə də Rusiyanın for-postu olduğunu bir daha ortaya qoyub: “2017–ci il Ermənistan üçün  Rusiya Federasiyasının daha çox təsiri altına düşməsi, süni “uğur yaratma” kampaniyası, Ağdərə faktorunun  yaranması ilə xarakterizə olunur.

İsa Qəmbərin siyasi karyerasının ən zədəli dövrləri

10 Yanvar 2018 14:21

Ənənəvi olaraq seçki ilində siyasi düşərgələrdə aktivlik artır, siyasi həyatda bir qaynama, canlanma müşahidə edilir. Hazırda da eyni prosesləri müşahidə etməkdəyik. Bir qayda olaraq müxalifət düşərgəsində bu “hərəkətlilik” özünü daha çox büruzə verir. Belə ki, bu düşərgəni təmsil edən siyasi partiya liderləri seçkilər zamanı bir vaxtlar müttəfiq olub, indi rəqibə çevrilən həmkarlarını gözdən və nüfuzdan salmaq üçün maksimum imkan və vasitələrdən istifadə edirlər. Hazırda Müsavatın sabiq başqanı İsa Qəmbərlə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev arasında gedən söz savaşı da qeyd etdiyimiz proseslərin tərkib hissəsidir. Məlumat üçün qeyd edək ki, hər iki siyasətçi bu il keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Rusiyada daha bir erməni təxribatı

10 Yanvar 2018 13:29

Rusiyanın Sankt-Peterburq şəhərində 2015-ci ildə çap edilən "Dünya ölkələri" ensiklopediyasına Qondarma "Dağlıq Qarabağ Respublikası" da daxil edilib. Erməniyönümlü ensiklopediyada Xankəndi əhalisinin sayı 53 mindən, qondarma "DQR"-in əhalisi isə 146 mindən çox göstərilib.

Prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdi

10 Yanvar 2018 12:49

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib. Dövlətimizin başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Yeni nazirlərin təyinatı Azərbaycanla münasibətlərə təsir edəcəkmi?

10 Yanvar 2018 12:43

Polşa hökumətində 9 yeni nazirin təyin edilməsinin Azərbaycanla Polşa arasında yüksək səviyyəli əlaqələrə təsir edəcəyini düşünmürəm. Bunu  Milli Məclisin deputatı, Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

10 Yanvar 2018 11:45

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Ermənilərin Rusiyaya inamı qalmayıb

10 Yanvar 2018 11:32

Aprel savaşı erməni cəmiyyətində Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına olan inamı sarsıldıb. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib.

Dünya supergücləri Bakını niyə seçdi – 4 mühüm səbəb

10 Yanvar 2018 10:46

Belə bir görüş üçün platforma olaraq Bakının seçilməsi bir sıra mətləblərdən xəbər verir. Bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti ilə Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda gözlənilən görüşünü şərh edən politoloq Arzu Nağıyev deyib. “Birincisi, görüş müstəvisi olaraq Bakının seçilməsi təhlükəsizliyə verilən təminat baxımından çox mühüm siyasi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Fərhad Babayev və Arif Əzizovu "Şöhrət" ordeni ilə təltif edib

9 Yanvar 2018 17:37

Prezident İlham Əliyev F.A.Babayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.