Siyasət
Prezident: “BTQ dəmir yolu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib”
“Azəri-Çıraq-Günəşli neft yataqları üzrə müqavilənin 2050-ci ilə kimi uzadılması böyük əhəmiyyət daşıyar”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı: “Keçən il 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb”
“Keçən il infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılıb”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Dövlət başçısı: "Azərbaycan yeni silahlar alacaq"
“Azərbaycanın hərbi gücü artıb”. Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Prezident ötən ilin iqtisadi göstəricilərini açıqlayıb
“Davos İqtisadi Forumu 2017-ci ildə Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdə göstərib. Ölkəmiz bu baxımdan MDB məkanında liderliyini qoruyur”. Məlumata görə, bu sözləri Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. O deyib ki, 2017-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul və qeyri-neft sektoru artıb: “Qeyri-neft sənayesində 3,6 faiz kənd təsərrüfatında 4,1 faiz artım əldə olunub. Valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb”.
Prezident: “Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”
“Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı: “2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib”
“2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Elçin Mirzəbəyli: "Bu, Azərbaycan üçün tarixi hadisədir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.
"2018-ci ilin “AXC ili" elan edilməsinin tarixi əhəmiyyəti var"
"Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti" ili elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti var. Bu addım eyni zamanda ictimaiyyətin də ürəyindəndir". Bunu tarix elmləri doktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.
"ASALA-nın "xortlamasına" imkan vermək olmaz" - Ekspert
1984-cü ildə ləğv edildiyi açıqlanan millətçi erməni terror təşkilatı ASALA Gürcüstanın Cavaxetiya bölgəsində “Virk-Yerkir” adı ilə yenidən qurulur. Bu barədə məlumatı Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey verib. G.Göksel vurğulayıb ki, Gürcüstanda yaşayan soydaşlarımız, xüsusilə də Cavaxetiya bölgəsinə yaxın kənd və qəsəbələrdəki azərbaycanlılar təhlükə altındadır.
Azər Həsrət: “Prezident hər zaman dəyərlərimizə sayqı ilə yanaşıb”
“Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi gözlənilən və çox sevindirici bir xəbər idi”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
"Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi dövlət başçısı tərəfindən atılan çox uğurlu addımdır
"2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi dövlət başçısı tərəfindən atılan çox uğurlu və yerinə düşən bir addımdır". Bunu Milli Məclisin deputatı Musa Quliyev deyib. O bildirib ki, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə Azərbaycan xalqının deyil, müsəlman dünyasının tarixində çox mühüm bir hadisə idi: "İlk demokratik respublikanın Azərbaycanda yaradılması bizim xalqın dünya xalqları içərisində nə qədər inkişaf etmiş və öz qiymətini bilən xalq olduğunun ifadəsidir. Təəssüflər olsun ki, Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, amma onun qoyduğu ənənələr əsrin sonunda Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən tam həyata keçirildi".
İlham Əliyev başsağlığı verdi
Prezident İlham Əliyev Gürcüstanın Azərbaycan Respublikasında ilk fövqəladə və səlahiyyətli səfiri Giorgi Çanturianın vaxtsız vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verib.
"Bütün faktlar təsdiq edir ki, 20 Yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı"
Bütün faktlar təsdiq edir ki, Azərbaycan xalqına qarşı törədilən 20 Yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva deyib.
Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə edildiyi məkana çevrilib
Dünyanın, eləcə də bölgənin təhlükəsizliyinə böyük töhvə verən Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə edildiyi məkana çevrilməkdədir. Artıq dünyanın təhlükəsizlik problemini həll edə biləcək məsələlər Azərbaycan paytaxtında masa üzərinə qoyulmaqdadır. Məlumat üçün qeyd edək ki, nüfuzlu "BuzzFeed" portalı NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparroti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında yanvar ayında Bakıda görüşün keçiriləcəyini yazıb. Bəs, generalların Bakı görüşünün əhəmiyyəti nədən ibarətdir və niyə generallar görüş üçün məhz Azərbaycan paytaxtını seçiblər?
Ermənistanın beynəlxalq aləmdə mövqeləri zəifləyir
Siyasi İnnovasiyalar və Texnonogiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu 2017-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Ötən il dünyada və yerləşdiyimiz coğrafiyada bir sıra mühüm hadisələrin baş verdiyini diqqətə çatdıran SİTM rəhbəri əsas diqqəti Ermənistana yönəldib. Keçən il də İrəvanın əvvəlki illərdə olduğu kimi diplomatiya sahəsində müstəqil siyasət həyata keçirə bilmədiyini deyən Mübariz Əhmədoğlu bildirib ki, Ermənistan yenə də Rusiyanın for-postu olduğunu bir daha ortaya qoyub: “2017–ci il Ermənistan üçün Rusiya Federasiyasının daha çox təsiri altına düşməsi, süni “uğur yaratma” kampaniyası, Ağdərə faktorunun yaranması ilə xarakterizə olunur.














