Siyasət

XİN: "Fransa qondarma rejim təmsilçilərinin Ermənistan pasportları ilə ölkəsinə daxil olmasının qarşısını almalıdır"

11 Yanvar 2018 11:57

Fransa tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin Şenqen viza qaydalarını pozaraq, Ermənistanın diplomatik pasportları ilə Fransa ərazisinə daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlər görməlidir.

Prezident tarixi bir qərar verdi

11 Yanvar 2018 11:31

Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini yaşadan Azərbaycan etibarlı əllərdədir. Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev qeyd edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi tarixi qərardır:

ABŞ Azərbaycanı amerikalı turistlər üçün yuxarı risk olan ölkələr siyahısına daxil etdi

11 Yanvar 2018 11:23

ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Bu sistemi yaratmaqda məqsəd ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirməkdir.

Ermənilər yenə snayperlərdən istifadə edir

11 Yanvar 2018 11:08

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.

Əflatun Amaşov: “Dövlətimiz və xalqımız hər zaman var olsun!”

11 Yanvar 2018 11:06

“Azərbaycan Xalq Cümhuriyyəti yaşadığımız coğrafiyada azərbaycanlı varlığının təntənəsi, əbədiyyat simvolu, tariximizi bu günümüzlə birləşdirən, gələcəyimizə körpü salan son dərəcə böyük dəyərdir”.

Azay Quliyev: “Prezidentin AXC ilə bağlı qərarı tarixi hadisədir”

11 Yanvar 2018 11:05

Millət vəkili, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev prezident İlham Əliyevin 2018-ci ili "Cümhuriyyət ili" elan etməsini mühüm, tarixi hadisə adlandırıb.

10 yeni xalça fabriki açılacaq

11 Yanvar 2018 09:01

"On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır". Bunu Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, bu da minlərlə iş yeri deməkdir:

“Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”

10 Yanvar 2018 18:36

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlətimizin başçısı iclasda giriş nitqi söyləyib. Bildirib ki, 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib.

Prezident: "Ötən illə müqayisədə bu il iki dəfə çox məcburi köçkün ailəsi yeni mənzillə təmin olunacaq”

10 Yanvar 2018 18:06

“2018-ci ildə yeni mənzillərlə təmin olunacaq məcburi köçkün ailələrinin sayı ötən illə müqayisədə iki dəfə çox olacaq”. Bunu prezidentİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib. 

Azərbaycan prezidenti: “2018-ci il TANAP-ın icrası, BTQ dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq”

10 Yanvar 2018 17:50

“Turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcək”.  Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.  Dövlət başçısı deyib ki, 2018-ci il TANAP layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq: “Bu il ölkədə 2 min km-dən çox avtomobil yolu çəkiləcək.

Dövlət başçısı: “Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq”

10 Yanvar 2018 17:49

“Ötən il Azərbaycanda baş verən önəmli hadisələr sırasında Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarını qeyd etmək olar. İdmançılarımız komanda hesabında birinci yerə çıxdılar” . 

Azərbaycanlı iş adamının oğurlanması ilə bağlı Ukrayna DİN-in qarşısında aksiya keçirilib

10 Yanvar 2018 17:47

Ukraynada yaşayan azərbaycanlılar Ukrayna Daxili işlər Nazirliyi (DİN) qarşısında etiraz aksiyası keçiriblər. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları 2017-ci il dekabrın 11-də axşam saat 19:00 radələrində Azərbaycan diasporunun üzvü, iş adamı Hikmət Abdullayevin axşam işdən dönərkən yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanması və bu cinayətin üstünün açılmamasına etiraz ediblər.

Prezident: “BTQ dəmir yolu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib”

10 Yanvar 2018 17:43

“Azəri-Çıraq-Günəşli neft yataqları üzrə müqavilənin 2050-ci ilə kimi uzadılması böyük əhəmiyyət daşıyar”.  Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.