Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - 11 apreldə!

Prezident İlham Əliyev prezident seçkilərinin növbədən kənar keçirilməsi ilə bağlı sərəncam verib. 

Bu haqda rəsmi məlumatı AzərTac yayıb. Sərəncama əsasən növbədənkənar prezident seçkiləri 2018-ci il aprel ayının 11-nə təyin edilib.

***

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31