Dövlət proqramlarının icrası bölgələrin simasını dəyişib

Azərbaycanda həyata keçirilən düzgün idarəçilik, uğurlu islahatlar ölkənin hərtərəfli inkişafına öz müsbət təsirini göstərib. Bu gün istər istisadi, istər sosial, istərsə də sənaye sahəsində ölkəmiz dünyada kifayət qədər tanınıb və dünyanın aparıcı ölkələri sırasında qərarlaşıb.  Bütün bunların kökündə qeyd etdiyimiz kimi düzgün idarəçiliklə yanaşı, həm də qəbul edilən dövlət proqramları, inkişaf strategiyaları, imzalanan fərman və sərəncamlar dayanır.

Azərbaycanda həyata keçirilən düzgün idarəçilik, uğurlu islahatlar ölkənin hərtərəfli inkişafına öz müsbət təsirini göstərib. Bu gün istər istisadi, istər sosial, istərsə də sənaye sahəsində ölkəmiz dünyada kifayət qədər tanınıb və dünyanın aparıcı ölkələri sırasında qərarlaşıb.  Bütün bunların kökündə qeyd etdiyimiz kimi düzgün idarəçiliklə yanaşı, həm də qəbul edilən dövlət proqramları, inkişaf strategiyaları, imzalanan fərman və sərəncamlar dayanır. Bu mənada 2004-cü ildən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları da xüsusi əhəmiyyət kəsb edir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə keçirilən Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda da da bir daha vurğulandı ki, Azərbaycanın bu günkü inkişaf mərhələsinə gəlib çatmasında məhz sözügedən Dövlət Proqramlarının rolu əvəzsizdir. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Millət vəkili Mahir Abbaaszadə deyir ki, həyata keçirilən siyasət və göstərilən hərtərəfli dövlət dəstəyi sayəsində ölkəmizdə bütün sahələr inkişaf edib. Onun spzlərinə görə,  bu inkişafdan paytaxt Bakı ilə yanaşı, regionlara da pay düşüb: "Regionların sosial-iqtisadi inkişafı prosesində dövlətlə yanaşı, özəl sektor da yaxından iştirak edir". Millət vəkili onu da deyib ki, sahibkarlara göstərilən dövlət dəstəyi öz növbəsində regionların inkişafında vacib rol oynayır: "Belə ki, göstərilən dövlət dəstəyi nəticəsində sahibkarlar ölkəmizin, o cümlədən regionların sosial-iqtisadi inkişafında fəal iştirak edirlər. Son 14 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 mindən çox sahibkara dövlət tərəfindən 2 milyard manatdan artıq güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması onminlərlə  yeni iş yerinin açılması imkanı yaradıb. Güzəştli kreditlərin təxminən 70 faizi aqrar sektorun, 30 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 75,4 faizi regionların, 24,6 faizi isə Bakı qəsəbələrinin payına düşür. Bu yöndə siyasət gələcəkdə də uğurla davam etdiriləcək".

Millət vəkili Tahir Rzayev isə qeyd edib ki,  Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev təkcə ötən bir ilin deyil, bütövlükdə son 14 ilin sosial-iqtisadi göstəricilərini xatırlatdı: "Dövlət başçısı vurğuladı ki, əldə olunan yüksək nəticələrə ilk növbədə ictimai-siyasi sabitlik  sayəsində nail olunub. Çünki sabitlik olmayan yerdə hansısa inkişafdan söhbət gedə bilməz. Dünyada baş verən mürəkkəb, ziddiyyətli proseslər fonunda Azərbaycanda sabitlik hökm sürür, milli həmrəylik var. Bu amillər isə inkişafımızın əsasını təşkil edir". Millət vəkili deyib ki, son 14 ilin nəticələri də bu reallığı təsdiqləyir: "Belə ki, bu dövrdə iqtisadiyyatımız 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında isə 1,7 dəfə artım müşahidə olunur. Qeyri-neft ixracımız 4,1 dəfə artıb. Ötən dövrdə 30 elektrik stansiyası tikilib, qazlaşdırma 93 faizdir. İçməli su təminatına gəlincə, bu göstərici ölkə üzrə  14 il əvvəl 26 faiz idisə, hazırda  67 faizdir. Hazırda regionlarda su-kanalizasiya sisteminin yaradılması istiqamətində də böyük işlər görülür. Konfransda dövlət başçısının qeyd etdiyi kimi 14 il ərzində 12 min 300 kilometr yol, 443 körpü tikilib. Yol infrastrukturunun yeniləşdirilməsi  iqtisadiyyatın yüksəlməsinə böyük təsir göstərməklə yanaşı, əhaliyə həyat rahatlığı verir. Yəni bütün görülən işlər Azərbaycanın sosial-iqtisadi inkişafına böyük töhfələr verir. Bütövlükdə, hər bir sahədə qazanılan nailiyyətlər Azərbaycanın gücünü artırır, beynəlxalq müstəvidə də mövqeyini möhkəmləndirir". Tahir Rzayevin sözlərinə görə, ölkəmizdə həyata keçirilən sosial siyasət əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir: "Bu baxımdan, ötən dövr ərzində əhəmiyyətli işlər görülüb. Təkcə, ötən il ərzində  221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimidir. 14 il ərzində isə  ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ancaq bu dövrdə  əhalinin  1,5 milyon nəfər artması nəzərə alınsa, gələcəkdə də bu prosesin davamlı olacağını deyə bilərik. Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Bütün bunlarla yanaşı, Azərbaycanda sosial infrastruktur quruculuğu da uğurla davam edir və 2017-ci ildə də bu istiqamətdə mühüm işlər görülüb. Dövlət başçısının vurğuladığı kimi ötən il ölkəmizdə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Eləcə də, bu dövrdə 30 tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. Son 14 il ərzində isə  3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud təmir edilib. Qarşıdakı dövrdə də investisiya proqramına əsasən sosial infrastruktur quruculuğu davam etdiriləcək". Millət vəkili qeyd edib ki, Azərbaycanda 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişməkdədi: "Bölgələrlə paytaxt arasında fərqin minimuma enməsində və bəhs olunan müsbət dinamikanın yaranmasında Prezident İlham Əliyevin respublikanın hərtərəfli və tarazlı inkişafına göstərdiyi diqqət, siyasi iradə əsas amil rolunda çıxış edib. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, müxtəlif istiqamətləri əhatə edən layihələrin reallaşdırılması sayəsində respublikanın bölgələrində yeni müsbət reallıqlar yaranıb və hədəflərə çatmaq üçün sistemli tədbirlər həyata keçirilir. Bu hədəflər sırasında aqrar sektorda istehsalın artırılması xüsusi yer tutur. Qeyd edim ki, respublikamızda aqrar sektorun inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə çatmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkədə 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramların icrası çərçivəsində aqrar sektorda daha böyük həcmlərdə istehsal imkanlarının yaradılmasına hesablanan çoxsaylı layihələr həyata keçirilib, həmçinin perspektiv üçün də yeni layihələr nəzərdə tutulub". Tahir Rzayev deyib ki, son illərdə regionlarda müasir təsərrüfat subyektlərinin yaradılması ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsinə yaxşı nümunədir: "Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizin 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. İri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir. Regionlarda istixanaların salınması da çox geniş vüsət alıb. Respublikanın bölgələrində əsasən ixraca hesablanan istixanaların yaradılması təşəbbüsünü Prezident İlham Əliyev irəli sürüb. Dövlət başçısının çağırışına uyğun olaraq hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Artıq bir sıra bölgələrdə fəaliyyətə başlayan istixanalarda yüksək məhsuldarlığa nail olunur. Ölkəmizdə Prezident İlham Əliyevin aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq həmçinin aqroparkların yaradılmasına başlanılıb. İndiyədək ölkənin regionlarında 10 min hektar ərazidə 2 aqropark yaradılıb. Bunlar Xaçmaz rayonunda "Yalama Aqroparkı" və qərb bölgəsində "Şəmkir Aqroparkı"dır". Millət vəkili bildirib ki, perspektivdə Azərbaycanın bölgələrində aqroparkların sayı daha da artacaq: "Hazırda ölkə ərazisində aqroparkların yaradılması güclü şəkildə təşviq olunur. Yeni yaradılan aqroparklar həm bitkiçilik, həm də heyvandarlıq istiqamətlidir. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur. On aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilib. Hazırda Hacıqabul, Goranboy, Samux, Ağcabədi, Qax, Salyan, Kürdəmir, Şamaxı, Saatlı, Cəlilabad, Füzuli və İsmayıllı rayonlarında 58 min hektar ərazidə 12 aqroparkın yaradılmasına başlanılıb. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra kənd təsərrüfatında daha böyük nəticələr əldə olunacaq.  

Konfransda cənab Prezident kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda dayanan vəzifələr barədə fikirlərini bildirdi və konkret tapşırıqlarını verdi. Şübhəsiz ki, qarşıda duran vəzifələr də uğurla icra olunacaq və biz bu sahədə böyük  inkişafın şahidi olacağıq".

Füzuli 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31