Siyasət

ATƏT MQ həmsədrləri erməni ordusundakı ölümlərin genezisini öyrənməlidir

16 Fevral 2018 11:10

Vasitəçilərin regiona son səfərindən sonra yaydıqları bəyanatda atəşkəs rejiminin pozulması yenidən ön plana çıxdı. Son bir neçə bəyanatlarında danışıqların intensivləşdirilməsi əsas tövsiyə idi. Bu, Ermənistanı qane etmirdi. Buna görə Ermənistan qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində yenidən hərbi təxribatları aktuallaşdırdı. Qoşunların təmas xəttində əvvəlcə bir və sonra digər erməni hərbçisinin ölməsi ilə bağlı həm Azərbaycan, həm də Ermənistanın Müdafiə Nazirliyi və onun Azərbaycanın işğal olunmuş ərazilərindəki törəmə qurumu məlumat yaydılar. Fakt budur ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə daha çox oxşayır.

Qasım Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib

15 Fevral 2018 18:20

Prezident İlham Əliyev Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ramiz Rzayev Ali Məhkəmənin sədri təyin edilib

15 Fevral 2018 18:19

Prezident İlham Əliyev Ramiz Rzayevin Ali Məhkəmənin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

İlham Əliyev Litva Prezidentini təbrik edib

15 Fevral 2018 18:17

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılmasına 2 milyon manat ayrılıb

15 Fevral 2018 18:18

Prezident İlham Əliyev Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Politoloq: “Seçkilərdə iştirak etməmək çıxış yolu deyil”

15 Fevral 2018 18:03

“Bütün siyasi təşkilatların başlıca vəzifəsi seçkiyə getmək və məqsədi seçkidə qalib gəlmək olmalıdır. Ancaq təəssüflər olsun ki, Azərbaycanda hazırki müxalifət partiyaların bəziləri seçkiyə getməkdən çəkinirlər”. Bunu Ramiz Alıyev deyib.

“Sarkisyanın siyasəti Ermənistanı acınacaqlı duruma salıb”

15 Fevral 2018 17:38

“Bu gün Ermənistandakı sosial-iqtisadi durum hər kəsə bəllidir. Sarkisyan rejiminin yürütdüyü siyasət nəticə etibarilə Ermənistanı acınacaqlı bir duruma salıb”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilib

15 Fevral 2018 16:51

Fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.Tədbirə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç qatılıb. İclasda iştirak edən dövlətlərlə qurulan sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinə dünyanın aparıcı maliyyə təsisatları öz töhfələrini verir.

"Ermənistan bundan sonra da təcrid olunacaq"

15 Fevral 2018 16:41

“Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək. Bu sözləri  millət vəkili Musa Qasımlı deyib.

BAXCP rəsmisi: ““Trollar” anlayışını Azərbaycana Əli Kərimli gətirib”

15 Fevral 2018 16:38

“Ümumiyyətlə müxalifətin sosial şəbəkələrdə 11 aprel 2018-ci ildə ölkəmizdkeçiriləcək növbədənkənar prezident seçkilərini boykot etməsi heç bir əhəmiyyət kəsb etmir”. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

Bu cür ittihamlar qətiyyən həqiqətə uyğun deyil

15 Fevral 2018 16:36

“Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı Milan məhkəməsinin çıxardığı bəraət hökmünü Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndirmək olar”. Bunu  millət vəkili Azər Badamov deyib.

Sosial media uşaqlarda depressiyaya səbəb olur

15 Fevral 2018 16:10

Rangan Çatterji həkimdir və dediyinə görə, gənclərin sosial mediadan istifadə etməsi ilə onların psixi sağlamlığı arasında əlaqənin olduğuna dair xeyli sübutun şahidi olub. 16 yaşlı bir oğlan özünə xəsarət yetirəndən sonra təcili tibbi yardım xidməti həmin oğlanı həkim Çatterjinin yanına gətirir.

Bu kampaniyanın arxasındakılar Azərbayacana düşmən mövqedə dayananlardır - DEPUTAT

15 Fevral 2018 16:07

“Azərbaycanda keçiriləck seçki ilə bağlı yaradılan petisiya ermənipərəst qüvvələrin ölkəmizə qarşı növbəti təxribat xarakterli fəaliyyətinin göstəricisidir”. Bu sözləri millət vəkili Məlahət İbrahimqızı www.ipetition.com saytında xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən ölkəmizdə aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiyaya münasibət bildirərkən deyib.

Jirinovskinin Azərbaycana girişinə qadağa qoyulmalıdır

15 Fevral 2018 15:48

Rusiyanın Liberal Demokrat partiyasının sədri Vladimir Jirnovski Rusiya Dumasında təşkil edilən “Vmeste” Rusiya-Ermənistan sərgisində çıxışında Qarabağ konfliktinin həllini yalnız Rusiyanın tərkibinə qatılmasında olduğunu deyir.